Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Şəhidsevər-“Nur” mərasim evinin rəhbəri Ülvi Quliyevin doğum günüdür.
Ülvi Quliyevin nə az-nə çox, düz 42 yaşı tamam olur.
Bu əlamətdar gün münasibətlə 31 avqust 2026-cı il tarixində, axşam saatlarında, yağışlı havada Bakı şəhərində yerləşən “Dağlılar” restoranında məclis düzənlənib.
Təxminən 20 nəfərlik məclisdə Şəhid anaları, Şəhid atası, Şəhidsevər ziyalılar və tanınmış bəstəkar-müğənni Ruslan Səfəroğlu iştirak ediblər.
3 saatdan çox davam edən tədbirdə məclis iştirakçıları Ülvi Quliyevi doğum günü, yeni yaşı münasibəti ilə səmimi qəlbdən təbrik ediblər.
Ona xoş arzu və diləklərini ifadə ediblər.
Səbəbkara şəxsi və iş həyatında uğurlar diləyib, uzun ömür, can sağlığı arzulayıblar.
Ülvi Quliyev də öz növbəsində Şəhid ailələri başda olmaqla, məclis iştirakçılarının, onun sevinci bölüşənlərin hər birinə dərin minnətdarlığını ifadə edib.
Sonda tort kəsilib, xatirə fotoları çəkdirilib.
Beləliklə, gözəl bir gün, gözəl bir axşam, gözəl bir məclis yaşanıb.
Elə bir gün, elə bir axşam, elə bir məclis ki, uzun illər yaddaşlardan silinməyəcək, unudulmayacaq, daim xatırlanacaq!
Doğum gününüz, yeni yaşınız bir daha mübarək, Ülvi bəy!
23:23
***
FOTOLAR:





Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





