Şəhid analarının, Qazilərin iştirakı ilə xeyriyyəçi, hər zaman Şəhid ailələrinin yanında olan Xəyal Musayevə məxsus “RN bujiteriyalar, ətirlər” mağazasının-AÇILIŞ MƏRASİMİ OLDU… – FOTOLAR – YENİLƏNİB

Bu gün-28 iyun 2024-cü il tarixində, axşam saatlarında gənc iş adamı, xeyriyyəçi, hər zaman Şəhid ailələrinin yanında olan Xəyal Musayevə məxsus “RN bujiteriyalar, ətirlər” mağazasının açılış mərasimi olub.

Etikxeber.az xəbər verir ki, Xırdalan şəhərində yerləşən mağazanın açılışında Xəyal Musayevin yaxınları, dostları, Şəhid ailələri, Şəhid Anaları, Qazilər, keçmiş hərbçilər, ziyalılar, media mənsubları iştirak ediblər.

Telejurnalist Səbinə Mehdiyevanın aparıcılıq etdiyi açılış mərasimində öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Sonra Şəhid Analarının iştirakı ilə mağazanın qırmızı lenti kəsilib.

Mərasim iştirakçıları yeni mağazanın xeyirli və uğurlu olmasını diləyib, Xəyal Musayevə işində, fəaliyyətində növbəti uğurlar arzulayıblar.

Daha sonra mağazanın açılışı münasibəti ilə hazırlanmış tort kəsilib.

Açılış mərasimində eyni zamanda, vətənpərvərlik ruhunda mahnılar səsləndirilib.

Xəyal Musayev də öz növbəsində mərasim iştirakçılarına, ona mənəvi dəstək olanlara, xüsusilə, Şəhid ailələrinə, Qazilərə öz minnətdarlığını ifadə edib.

Mərasim zamanı həmçinin, xatirə fotoları çəkdirilib.

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

6-cı çağırış MM buraxıldı, sentyabrın 1-də isə növbədənkənar parlament seçkiləri keçiriləcək-PREZİDENTİN SƏRƏNCAMI

Read Next

6-cı çağırış Milli Məclisin üzvü olan bitərəflərdən-KİMLƏRİN NAMİZƏDLİYİ YENİDƏN DƏSTƏKLƏNƏ, KİMLƏR KƏNARDA QALA, KİMLƏRƏ “ƏLVİDA” DEYİLƏ BİLƏR?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir