Şəhid anası ilə Şəhid ailəsini, Şəhid Əli ocağını-ZİYARƏTDƏ… – FOTOLAR – YENİLƏNİB

Yenə müqəddəs Şəhid ocağında, yenə Şəhid ailəsində…

Yenə Şəhid ailəsini, yenə Şəhid ocağını ziyarətdə…

Bu gün-axşam saatlarında Bakının Səbail rayonunun (həm də İmişli rayonunun) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan evin-ailənin üç oğlan övladından biri, nişanlı Əli Aydın oğlu Tağıyevin ailəsini, ocağını ziyarət etdim…

Özü də daha bir Səbailli Şəhidimizin, evin-ailənin tək övladı olan Yusif Budaqovun “Jurnalistlər binası-2”-də yaşayan tək-tənha anası Lətafətlə xanımla birlikdə…

Qeyd edim ki, Lətafət xanımla eyni binada, ancaq başqa bloklarda oluruq…

Əligilin evi-ocağı isə bizim binadan cəmi 300-400 metr aralıda, “20-ci sahə” dairəsinin yaxınlığında yerləşir…

Və bu günə kimi Şəhidimizin evini-ailəsini bir neçə dəfə ziyarət etmişəm Lətafət xanımla birgə…

Hər zaman olduğu kimi bu dəfə də Şəhidimizin ailəsinə – valideynləri-Təranə xanım və Aydın kişiyə, nənəsi Şamama xanıma, əkiz qardaşı Məhəmmədlə digər qardaşı Raminə, o cümlədən yaxınlarına Allahdan səbr və dözüm arzuladım…

Bir daha “Şəhidimizin ruhu şad olsun! Ruhu qarşısında baş əyirəm!”-dedim…

Eyni zamanda, on bir ayın sultanı olan Ramazan bayramı ilə bağlı Şəhidimizin ailəsini təbrik etdim, onlara huzur, səadət arzuladım, “Bayramları daha çox sizin-Şəhid ailələrinin qeyd etməyə Haqqı çatır!“-deyə,söylədim…

İkinci Vətən Müharibəsi zamanı-oktyabr ayının 13-də və cəmi 23 yaşında Hadrut istiqamətində Şəhidlik məqamına ucalan Əli Tağıyevin ailə üzvləri ilə bir daha söhbətləşdim, bir daha dərdləşdim…

Bu yerdə də qeyd edim ki, Şəhidlərimizin məzarlarını, ocaqlarını, ailələrini hər məqamda, o cümlədən əlamətdar, bayram günlərində ziyarət etmək hər kəsin, hər birimizin insanlıq, vətəndaşlıq borcumuzdur…

Və bu borcumuzu, bu vəzifəmizi heç zaman unutmamalı, heç zaman yaddan çıxarmamalıyıq…

Çünki həm Şəhidlərimizə, həm də onları minbir çətinliklərlə Vətən üçün yetişdirən Yaralı, Dərdli və Qəhrəman ailələrə bir ömür borcluyuq və onlara olan borcumuz da heç zaman bitməyəcək…

Allah cəmi Şəhidlərimizin, içində də Əli Tağıyevin məkanını cənnətlik, məzarını huzurlu, məqamını Uca etsin!

Nur içində yatsın, Nur içində yatsınlar!

20:15

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Azərbaycanın nəzarət-buraxılış məntəqəsi təsis etməsi beynəlxalq hüquqa uyğundur”-XİN

Read Next

“Əlim nişanlı idi, toyuna hazırlaşırdıq…Ömrü kimi arzuları, xəyalları da yarımçıq qaldı…İstəyirəm ki, balamın orden Haqqı tanınsın, ali ordenlərimizdən biri ilə təltif olunsun”-SƏBAİLLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ƏLİ TAĞIYEVİN ANASI TƏRANƏ TAĞIYEVADAN ÖLKƏ RƏHBƏRLİYİNƏ MÜRACİƏT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir