Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Xəbər verildiyi kimi, 24 avqust 2026-cı il tarixində, axşam saatlarında ilkin mərhələdə ali məktəbə daxil olan tələbələrin adları, siyahısı açıqlanıb.
Çox sevindirici və qürurvericidir ki, ali məktəblərə qəbul olunanlar arasında Şəhid ailələrinin üzvləri, Şəhid doğmaları da var.
Etikxeber.az xəbər verir ki, tələbə adını qazanan Şəhid doğmalarından biri də Ağdamlı Şəhid anası Maya Quliyevadır.
İkinci Vətən Müharibəsi Şəhidi, bir övlad atası Xalid Hassanın anası Maya Quliyeva Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olub.
Qeyd edək ki, Maya Quliyeva həm də kollec təhsili alıb.
Şəhid anasını ürəkdən təbrik edir və ona uğurlar diləyirik!

Eyni zamanda, həm Bakılı, həm Qubalı İkinci Vətən Müharibəsi Şəhidi, üç övlad atası, Mayor İlkin Qələmşah oğlu Əhədzadənin böyük övladı-qızı da tələbə adını qazananlar arasındadır.
Şəhid qızı Fidan Əhədzadə ADA Universitetinə daxil olub.
Bununla yanaşı, Şəhid Şamaxılı Naiq Ələkbərovun bacısı oğlu tələbə adını qazanıb.
00:23
***
Tələbə adını qazanan, tələbə adı sevincini yaşayanlardan biri də Kürdəmirli İkinci Vətən Müharibəsi Şəhidi Nahid Mikayılovun ikinci oğlu Nicat Mikayılovdur.
2025-ci ildə böyük oğlu ali məktəbə daxil olan Nahid Mikayılovun bu dəfə-bu il ikinci oğlu tələbə adını qazanıb.
Nicat Mikayılov-Şəhid oğlu Bakı Mühəndislik Universitetinə qəbul olunub.
Qeyd edək ki, Nahid Mikayılovun üç oğlan övladı var.

Bütün Şəhid doğmalarını təbrik edir və hər birinə uğurlar arzulayırıq!
Etikxeber.az





