Şəhid anasının müdir olduğu körpələr evi-uşaq bağçasında-GÖZƏL BİR GÜN… – FOTOLAR

Bu gün-31 may 2024-cü il tarixində Goranboy rayonunun Xoylu kənd körpələr evi-uşaq bağçasına dəvət olunmuşdum…

Dəvət isə uşaq bağçasının müdiri, Goranboylu, Xoylulu İkinci Vətən Müharibəsi Şəhidi, “Azərbaycan Bayrağı” ordenli Orxan Namazovun anası-Heydər Əliyev medallı Nailə xanım, Nailə Namazovadan gəlmişdi…

Mən də dəvəti məmnuniyyətlə qəbul edib, bu gün səhər saatlarında adıçəkilən uşaq bağçasında oldum…

Elə bu yerdəcə qeyd edim ki, bu uşaq bağçasının ən böyük, ən üstün özəlliyi burada iki Şəhid anasının işləməsidir…

Bəlkə də ölkədə uşaq bağçaları arasında iki Şəhid anasının bir yerdə işləməsinə nadir hallarda rast gəlmək olar…

Goranboylulu, Xoylulu, həm də yaxın qohum olan İkinci Vətən Müharibəsi Şəhidləri Orxan Namazovla Elgün Xıdırovun anası isə illərdir bu uşaq bağçasında bir yerdə işləyirlər…

Nailə xanım da, Elgün Xıdırovun anası Xumar xanım da ali təhsillidirlər…

Digər bir özəllik isə Şəhid Orxan Namazovun qardaşı qızının və Şəhid Elgün Xıdırovun Vətənə əmanət tək oğlunun bu uşağ bağçasının sakini olmasıdır…

Və bu uşaq bağçası nümunəviliyinə görə də həm Goranboyda, həm respublikada fəaliyyət göstərən uşaq bağçaları arasında hər zaman seçilir, fərqlənir…

Burada uşaqlara, körpələrə, balaca fidanlara xüsusi yanaşma, xüsusi diqqət və qayğı var…

Körpələr özlərini uşaq bağçasında-yad insanların arasında deyil, sanki öz doğmalarının yanında, arasında hiss edirlər…

Buna gözlərimlə şahid oldum…

***

Bu gün həm də uşaq bağçasının beş yaşlıları üçün sonuncu günündür…

Onlar artıq bağça həyatına “əlvida” deyirlər…

Sentyabrdan isə orta məktəbə-hazırlığa gedəcəklər…

Və bununla bağlı uşaq bağçasında gözəl bir gün, gözəl bir tədbir təşkil olunmuşdu…

Uşaqlar öncə Dövlət himnimizi ifa etdilər…

Sonra şeirlər söylədirlər, rəqs ifa etdilər…

Oynadılar, güldülər, əyləndilər, gözəl bir gün yaşadılar…

Bunların yaşadılmasında, belə bir gözəl tədbirin keçirilməsində isə təbii ki, uşaq bağçasının müdiri, Şəhid anası Nailə xanımın xüsusi əməyi, zəhməti var…

Var olsun, sağ olsun!

İşlərində, fəaliyyətində yeni-yeni uğurlar, nailiyyətlər!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMZƏOĞLU)

Etikxeber.az

Read Previous

Evin tək və ailəli oğlu, ali təhsilli, Baş leytenant, “Rəşadət” ordenli, bir övladı Vətənə əmanət qalan-GORANBOYLU, XOYLULU İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ELGÜN FUAD OĞLU XIDIROV… – FOTOLAR

Read Next

“Əhməd deyirdi ki, ana, mənimlə fəxr edəcəksən, səni zirvələrə yüksəldəcəyəm…”-1 İYUN 2024-CÜ İL TARİXİNDƏ CƏNNƏTDƏKİ İLK DOĞUM GÜNÜ, 20 YAŞI TAMAM, ATASI VƏ QARDAŞI MÜHARİBƏ VETERANI OLAN ŞƏMKİRLİ ANTİTERROR ŞƏHİDİ ƏHMƏD AZAD OĞLU ZAMANLININ ANASI CEYHUNƏ ZAMANLI – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir