“Şəhid atası Kamil baba-öz babam mənim” – JALƏ ƏLİYEVA – FOTOLAR

Zərdabın Məlikumudlu kəndində Ağdam uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhid Zabit Zərbəliyevin atası Kamil babanı ziyarət etdik. Allah bir müqəddəs nur çiləyib sanki Kamil babanın simasına.

Etikxeber.az xəbər verir ki, bunu 92 saylı Zərdab-Ucar Seçki Dairəsindən deputatlığa namizəd, millət vəkili, professor Jalə Əliyeva deyib.

“Bu qədər doğmalıq, bu qədər mehribanlıq olarmı bir insanda görəsən?

Öz babalarımı görməmişəm…

Kamil baba boynumu elə qucaqladı, bağrına elə basdı ki, həsrətində olduğum böyüklərimin, valideynlərimin nəvazişini xatirladım…

Çox kövrəltdi məni… Nə qədər ağıllı sözlər dedi, ağsaqqal məsləhətləri verdi.

Bilirsiniz ən sonda nə dedi şəhid atası?

Mən dövlətimin yolunda bu yaşımda, bu halımda belə əlimə silah almağa hazıram!

Min yaşa Kamil baba! Öz babam mənim!”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Eldəniz Səlimov-SƏRKƏRLİ VƏ GÜLALANDA – FOTOLAR

Read Next

Aydın Mirzəzadə seçicilərlə görüşlərini-DAVAM ETDİRİR – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir