Daha bir İkinci Vətən Müharibəsi Şəhidimizin adını daşıyan bacısı oğlu dünyaya gəlib.
Bakının Səbail rayonunun (həm də Gürcüstanın) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan evin-ailənin tək oğlu, bir qız atası Bilal Xanlar oğlu Qənbərovun bacısı Şəfiqə Məmmədovanın bu gün üçüncü övladı, üçüncü oğlu dünyaya gəlib.
Şəhid bacısı və bacısının ailəsi isə yenicə dünyaya gəlmiş balacaya Bilalın adını verib.

Bu barədə də Etikber.az-a Şəhidin digər bacısı Aidə xanım məlumat verib.
Qeyd edib ki, bacısının övladı Şəhid dayısının-Bilal Qənbərovun adını daşıyacaq və yaşadacaq.
Adı ilə yaşasın, dayısının ruhu köməyi olsun-balaca Bilalın!
Allah qorusun-balaca Bilalı!
Kamil HƏMZƏOĞLU
Etikxeber.az