Şəhid dayısının ad və soyadını yaşadan balaca Fəxri Qəribzadə-BU GÜN 3 YAŞI TAMAM OLUR…

Balaca Fəxri…

Fəxri Pərvin (Mehparə) oğlu Qəribzadə…

24 fevral-2021-ci il doğumlu…

Bərdəli, Güloğlularlı…

Azərbaycanın Fəxri olan İkinci Vətən Müharibəsi Şəhidi Fəxri Qəribzadənin tək bacısı Türkanə xanımın dördüncü övladı, sonbeşiyi…

Şəhid Fəxri Qəribzadənin ad və soyasını daşıyan, Şəhid dayısının ad və soyadını yaşadan balaca Fəxri…

Hər kəsin-ailəsinin, doğmalarının böyük ümidlər bəslədiyi, sabahına, gələcəyinə böyük ümidlərlə baxdığı balaca Fəxri…

***

Bu gün həmin Fəxrinin-balaca Fəxrinin doğum günüdür…

Bu gün balaca Fəxrinin 3 yaşı tamam olur…

3 yaşı bu dəfə ailə daxilində-ailə üzvlərinin, yaxınlarının, Fəxrisevərlərin iştirakı ilə qeyd olunacaq…

Xoş sözlər söyləniləcək, təbriklər ediləcək…

3 yaşı mübarək və düşərli olsun-balaca Fəxrinin!

Yüz il sağlıqlı və huzurlu ömür yaşasın!

Dayısının-Şəhid Fəxrinin Ruhu daim köməyi, Nuru daim yoluna çıraq olsun!

Başda Şəhid Anası ( ana nənəsi) Mehparə xanım olmaqla, əzizlərinin, doğmalarının, valideynlərinin gözləri aydın olsun!

Gözü, gözləri dolu görsünlər!

Doğum günü bir daha və bir daha mübarək olsun!

Allah qorusun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az saytının rəhbəri

Read Previous

“Bayer”lə görüşlər bizim üçün böyük təcrübədir… Meydana azarkeşlərimiz üçün yaxşı mübarizə aparacaq komanda çıxarmağa çalışacağıq ki, yaxşı nəticə əldə edək…”-QURBAN QURBANOV

Read Next

Trampın fırıldaqçılıq işi üzrə-454 MİLYON DOLLAR ÖDƏYƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir