Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ötən ilin sonlarında-Yeni il ərəfəsində daha bir Şəhid anası sevindirilib.
Daha bir Şəhid anası işlə təmin olunub.
Etikxeber.az xəbər verir ki, həm Bərdəli, həm də Bakılı (Suraxanılı) İkinci Vətən Müharibəsi Şəhidi, evin-ailənin iki övladından biri, tək oğul, anası tərəfindən təkbaşına böyüdülən, 3 medallı MAXE Fəxri Qəribzadənin anası Mehparə Qəribova bugünlərdə Mədəniyyət naziri Adil Kərimlinin əmri ilə işlə təmin olunub.
Şəhid anası Qarabağ regional Mədəniyyət İdarəsinin Bərdə rayon Mədəniyyət Mərkəzində işə düzəlib.
3 ilə yaxındır adıçəkilən qurumla sıx əməkdaşlıq edən, Şəhid ailələri və Qazilər üçün bir sıra tədbirlər təşkil edən Mehparə Qəribova Bərdə rayon Mədəniyyət Mərkəzində mədəni təşkilatçı vəzifəsinə təsdiqlənib.
Şəhid anası da öz növbəsində Mədəniyyət naziri Adil Kərimliyə, Qarabağ regional Mədəniyyət İdarəsinin rəsisi Qalib Həsənova və Bərdə rayon Mədəniyyət Mərkəzinin direktoru Fərid müəllimə öz minnətdarlıq və təşəkkürlərini ifadə edib.
Mehparə Qəribova ona göstərilən etimadı doğruldacağını və bundan sonra fəaliyyətini daha da intensivləşdirəcəyini bildirib.
Şəhid anası “Bu məsələdə başda Mədəniyyət nazirimiz olmaqla, zəhməti keçən hər kəsə öz dərin minnətdarlığımı, təşəkkürlərimi bildirirəm. Allah hər birindən razı olsun!”-deyə, sözlərinə əlavə edib.
Biz də Etikxeber.az saytı olaraq, Şəhid anasına yeni işində və fəaliyyətində uğurlar diləyirik!
FOTOLAR:



Kamil HƏMZƏOĞLU
Etikxeber.az