Şəhid Faiq Vəlizadənin xatirəsi anıldı-FOTOLAR

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalov,Milli Məclisin deputatı Jalə Əliyeva, DTX-nin Zərdab Rayon şöbəsinin rəisi Rüstəm Zakirov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon şöbəsinin rəisi Asif Əhədov, şəhər İcra Hakimiyyəti aparatının əməkdaşları,Zərdab rayon təhsil şöbəsinin müdiri Gülağa İsgəndərov, Zərdab rayon Gənclər və idman idarəsinin rəisi İlkin Əliyev  və YAP Zərdab rayon şöbəsinin nümayəndələri  şəhadətə yüksələn Faiq Vəlizadənin xatirəsini anıblar.

Etikxeber.az xəbər verir ki, Şəhidin ruhuna dualar oxunub, ailəsinə səbr dilənib.

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalov belə vətənpərvər, qəhrəman övladları olan xalqın nümayəndəsi olduğu üçün qürur duyduğunu və bu igidləri böyüdən şəhid valideynlərinə minnətdarlığını bildirib.

Torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüz uğrunda şəhid olan və xalqımızın başına gətirilən müsibətlərin qisasını alan, yaşı kiçik, ürəyi böyük vətən sevgisi ilə dolu olan igidlərimizin qəhrəmanlığının bütün gənclərimizə nümunə olduğunu söyləyib.

Qeyd edilib ki,şəhid Faiq övladımızın döyüşlərdə göstərdiyi igidliyin onun balaca ürəyindəki vətən sevgisinin necə böyük olduğunu göstərdi.

Millət vəkili Jalə Əliyeva cıxış edərək bildirib ki, yaşlarının az olmasına, yetəri qədər həyat təcrübəsi olmayanlar 44 gündə bu xalqa Böyük Qələbəni yaşadaraq əsl vətən sevgisi necə olur göstərdilər.

Millət vəkili bu xalqın belə mərd, igid, vətənpərvər oğulları ilə hər zaman fəxr edəcəyini vurğulayıb.

Şəhid Faiq Vəlizadənin valideynləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.

Anım mərasimi şəhidin evində davam edib.

Etikxeber.az

Read Previous

İlham Əliyev, Mehriban Əliyeva və qızları Leyla Əliyeva İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin-AÇILIŞINDA – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

Daha 2112 yeni yoluxma-DAHA 18 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir