Şəhid hərbçi dəfn olundu

Azərbaycan Silahlı Qüvvələrinin ermənilərin atəşkəsi pozması nəticəsində şəhid olan hərbi qulluqçusu Məlikov Aqil Qismət oğlu bu gün torpağa tapşırılıb.

Etikxeber.az-ın APA-ya istinadən xəbərinə görə, şəhid hərbçi anadan olduğu Masallı rayonunun Böyük Xocavar kəndində dəfn olunub.

1990-cı il təvəllüdlü, müddətdən artıq hərbi xidmət keçən gizir Aqil Qismət oğlu Məlikovun dəfn mərasimində rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, yerli hüquq-mühafizə orqanlarının rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər iştirak edib.

Yaylım atəşi açılıb, şəhid torpağa tapşırılıb.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Məlikov Aqil Qismət oğlu noyabrın 15-də xidməti vəzifələrini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşdən şəhid olub.

Ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub.

Etikxeber.az

Read Previous

Elmira Axundova: “Bu, sadəcə, utancdır” – FOTOLAR

Read Next

Bakı ilə İrəvan arasında “qaynar xətt” yaradılsın – Sarkisyan

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir