Şəhid hərbçi Şəmkirdə torpağa tapşırıldı – FOTO

Şəmkirdə şəhid əsgərin dəfn mərasimi keçirilib.

Etikxeber.az-ın APA-ya istinadən verdiyi məlumata görə, ötən gün erməni silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində şəhid olan Azərbaycan Silahlı qüvvələrinin hərbçisi, 1997-ci il təvəllüdlü Xanoğlan Xəlilov bu gün anadan olduğu Şəmkir rayon Seyidlər kəndində torpağa tapşırılıb. Dəfn mərasimində rayon İcra Hakimiyyəti başçısı, ictimaiyyət nümayəndələri, kənd sakinləri, şəhidin hərbçi yoldaşları, xidmət etdiyi hərbi hissəsinin zabitləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak ediblər.

Çıxış edənlər şəhidin döyüş yolundan danışaraq, onun mərd, vətəni sevən biri olduğunu qeyd bildiriblər. Qeyd edilib ki, Xanoğlan Xəlilov hər kəsə nümunə sayılacaq hərbçi olub.

Sonra şəhid Seyidlər kənd qəbiristanlığında yaylım atəşlə torpağa tapşırılıb.

Şəhidin tabutunun büküldüyü Azərbaycan bayrağı atasına təqdim edilib.

Etikxeber.az

Read Previous

Gürcüstanın baş naziri Mehriban Əliyevanı təbrik etdi

Read Next

“Futbolda da dopinq-testlər götürmək niyyətindəyik…” – Milli Antidopinq Agentliyinin direktoru

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir