“Qisas” əməliyyatı Şəhidi Hüseyn Nəcəfzadənin tək qardaşı Əsgərlikdən qayıtdı-ÖZÜ VƏ AİLƏSİ ZİYARƏT OLUNDU… – FOTOLAR – YENİLƏNİB

Bu gün-22 iyul 2024-cü il tarixində, axşam saatlarında bir qrup Şəhid ailəsi və Vətən müharibəsi iştirakçısı “Qisas” əməliyyatı Şəhidi, ailənin iki oğlan övladından biri, ali hərbi təhsilli-peşəkar hərbçi, Baş leytenant Hüseyn Abbasqulu (Abbas) oğlu Nəcəfzadənin Abşeron rayonunun Saray qəsəbəsində yaşayan ailəsini, ocağını ziyarət ediblər.

Ziyarət keçmiş hərbçi, Birinci Qarabağ Savaşı iştirakçısı və müharibə veteranı Simarə (Sima) Süleymanovanın təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.

Qeyd edək ki, Şəhid Hüseyn Nəcəfzadənin qardaşı, ali təhsilli Balahüseyn Nəcəfzadə bugünlərdə Qəbələ rayonundan həqiqi hərbi xidmətdən, Əsgərlikdən geri qayıdıb.

Etikxeber.az xəbər verir ki, ziyarət zamanı Şəhidin ailəsinə, valideynlərinə-anası Könül xanıma və atası Abbasqulu Nəcəfzadəyə gözaydınlığı verilib, Şəhid qardaşına isə Allahdan can sağlığı və xoşbəxtlik arzulanıb.

Eyni zamanda, Şəhid Hüseyn Nəcəfzadənin ruhuna dualar edilib, ailəsinə Allahdan səbr və dözüm dilənib.

“Şəhidimizin ruhu şad olsun! Ruhu qarşısında baş əyirik!”-deyə, bildirilib.

Təxminən iki saata yaxın çəkən ziyarət zamanı Şəhidin ailəsinə hədiyyələr təqdim olunub, xatirə fotoları çəkdirilib.

Sonda isə Şəhidin məzarı ziyarət olunub.

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bəzi yerlərdə yağış yağacaq-SABAH

Read Next

Səfa Mirzəyev 72 yaşında-VƏFAT ETDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir