Şəhid kimi dəfn olunsa da, hələ də Şəhidlik Haqqı tanınmayan-KAMİL MƏMMƏDOVUN ANIM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMİ DÜZƏNLƏNDİ…- FOTOLAR – YENİLƏNİB – (5)

Bu gün Xaçmazın İkinci Vətən Müharibəsi iştirakçılarından olan evin-ailənin iki övladından biri, 9 medallı Kamil Şamil oğlu Məmmədovun Anım Günüdür.

Onun torpağa tapşırılmasından, Əbədiyyətə uğurlanmasından və Şəhidliyindən bir il keçir.

O, düz bir il öncə, 28 yanvar tarixində Xaçmaz rayonunun Xudat qəsəbə qəbiristanlığında dəfn edilib.

Etikxeber.az-ın xəbərinə görə, 1998-ci ilin dekabrın ayının 25-də Xaçmazın Xudat qəsəbəsinin eyniadlı Xudat kəndində dünyaya gələn Kamil Məmmədov Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) döyüşçülərindən, hərbi quluuqçularından olub və İkinci Vətən Müharibəsi zamanı Füzuilidən Şuşayacan döyüş yolu keçib.

Müharibədən sonra “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Hərbi xidmətlərə görə” medalları ilə, ümumilikdə 9 medalla təltif olunub.

2021-ci ilin yanvarın 15-də isə hərbi təlim zamanı “Ural” hərbi maşınının qəzaya uğraması nəticəsində ağır yaralanıb, komya düşüb və 13 gündən sonra, yanvarın 28-də dünyasını dəyişib.

O, Şəhid kimi dəfn edilib, amma ötən bir il ərzində Onun Şəhidlik haqqı tanınmayıb.

Atası Şamil Məmmədov da oğlunun dünyasını dəyişməsindən 4 ay sonra, 2021-ci ilin may ayında vəfat edib.

22 yaşında Şəhidlik məqamına ucalan Kamil həm də nişanlı olub.

Məqamı Uca, məkanı cənnətlik olsun!

Nur içində yatsın!

***

Bu gün səhər tezdən isə Kamil Məmmədovun məzarı ziyarət olunub.

Məzarının ziyarətində Şəhidin anası və tək qardaşı, mənəvi anası-bibisi Nəsibə xanım, qohumları, Xudat sakinləri, hərbçilər, Şəhid ailələri və digər şəxslər iştirak ediblər.

Məzarı üzərinə əklil qoyulub, gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Məzarının ziyarətindən sonra Kamil Məmmədovun ailəsinin yaşadığı evdə anım mərasimi başlayıb, adına ehsan süfrəsi açılıb.

Ruhuna bir daha dualar edilib.

Mərasim davam edir…

10:00

***

FOTOLAR:

NUR ÜZLÜ ŞƏHİDİMİZİN EV-MUZEYİ…MUZEYƏ ÇEVRİLƏN OCAĞI…

ŞƏHİDİMİZİN AİLƏ ÜZVLƏRİ…ANASI VALİDƏ XANIM, MƏNƏVİ ANASI-BİBİSİ NƏSİBƏ XANIM, TƏK QARDAŞI RUSİF MƏMMƏDOV VƏ HƏLƏ DƏ YOLUNU ÜMİDLƏ GÖZLƏYƏN NİŞANLISI RƏNA OSMANOVA…

10:09

***

ŞƏHİD QÜRBƏT BABAYEV ADINA XUDAT KƏND ORTA MƏKTƏBİN DİREKTORU VALEH ƏZİZOV VƏ MÜƏLLİM KOLLEKTİVİ…ŞƏHİDİN AİLƏSİNİ, EV-MUZEYİNİ ZİYARƏTƏ, ANIM GÜNÜNƏ GƏLİBLƏR…

ŞƏHİDİN NİŞANLISI RƏNA XANIM…KAMİLİN YOXLUĞUNU HƏLƏ DƏ QƏBUL EDƏ BİLMİR, QAYIDACAĞI GÜNÜ HƏLƏ DƏ ÜMİDLƏ GÖZLƏYİR…

11:30

***

MƏZARININ ZİYARƏTİ…AİLƏSİ, YAXINLARI, QAZİLƏR, DÖYÜŞ YOLDAŞLARI, ŞƏHİD AİLƏLƏRi, ŞƏHİD ANALARI, MƏKTƏBLİLƏR, KƏND SAKİNLƏRİ…MƏZARINI ZİYARƏTƏ GƏLİBLƏR…

ANA, ANALAR YANAR AĞLAR…

QAZOLƏRİMİZ, İGİDLƏRİMİZ, QƏHRƏMANLARIMIZ, VƏTƏN SEVDALILARIMIZ…

BƏRDƏLİ QAZİMİZ…İKİ MEDALLI İGİDİMİZ…SUQOVUŞAN UĞRUNDA DÖYÜŞLƏRDƏ AYAQLARINDAN, QOLUNDAN, BELİNDƏN…AĞIR YARALANAN…, BİR İLDƏN ÇOXDUR MÜALİCƏ-MÜAYİNƏ KEÇƏN, SƏHHƏTİNDƏ HƏLƏ DƏ CİDDİ PROBLEMLƏR OLAN, BƏDƏNİNDƏ HƏLƏ DƏ 140-A YAXIN QƏLPƏ QALAN BİRİNCİ QRUP MÜHARİBƏ ƏLİLİ, İGİDİMİZ, QƏHRƏMANIMIZ GÜNDÜZ MUSAYEV…ALLAH ŞƏFASINI VERSİN, YAR VƏ YARDIMÇISI OLSUN!

12:05

***

XAÇMAZLI, XUDATLI ŞƏHİD AİLƏLƏRİ, ŞƏHİD ANALARI, ŞƏHİD XANIMLARI…

ŞƏHİD SƏBUNİNİN ANASI VƏ BİR ÖVLAD ANASI OLAN XANIMI…ŞƏHİDİN İKRAMIN ANASI…ŞƏHİD FƏXRƏDDİNİN İKİ ÖVLAD ANASI OLAN HƏYAT YOLDAŞI… ŞƏHİD ELVİNİN ANASI…QƏHRƏMAN ANALAR, QƏHRƏMAN ŞƏHİD XANIMLARI…

12:59

***

ŞƏHİDİN TƏK QARDAŞI, BİBİSİ OĞLU, HƏRBÇİ, DÖYÜŞ YOLDAŞLARI…

ƏFSANƏVİ XTQ-ÇI, “AZƏRBAYCAN BAYRAĞI” ORDENLİ-UCARLI KƏRİM ƏLİYEVİN TƏK, MÜHARİBƏ İŞTİRAKÇISI QARDAŞI…

VƏ ANIM MƏRASİMİ…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Milli Məclisin 2022-ci il yaz-hesabatlar sessiyası-FEVRALIN 1-DƏ BAŞLAYACAQ, İLK İCLASDA 12 MƏSƏLƏ MÜZAKİRƏ OLUNACAQ

Read Next

Yoluxma sayı 3500-ü keçdi-ÖLÜM SAYI DA ARTDI – 19 NƏFƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir