Şəhid Mikayıl Əlibəylinin anası Almaz Əliyevaya-“VƏTƏN NAMİNƏ”-NİN “ŞƏHİD ANASI” MEDALI TƏQDİM OLUNDU – FOTOLAR

Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Mikayıl Xalıqverdi oğlu Əlibəylinin anasına “Şəhid anası” medalı və vəsiqəsi təqdim olunub.

Etikxeber.az xəbər verir ki, bu gün-26 noyabr tarixində Şəhid Mikayıl Əlibəylinin anası Almaz Məhəmməd oğlu Əlibəyliyə  “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin (İB) təsis etdiyi “Şəhid anası” medalı və vəsiqəsi təqdim edilib.

Şəhid anasına medal və vəsiqəni jurnalist Kamil Həmzəoğlu təqdim edib.

Şəhid anası da öz növbəsində “Vətən Naminə” təşkilatına və təşkilatın rəhbəri, Qubalı Şəhid Miqdad Abduləlimovun anası Tünzalə Abuləlimovaya minnətdarlığını ifadə edib.

Qeyd edək ki, Mikayıl Əlibəyli 1992-ci ilin dekabr ayının 23-də dünyaya gəlib.

Ailənin iki övladından, iki qardaşdan biri və subay olub.

İkinci Vətən Müharibəsi zamanı Tərtər-Ağdərə istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Bir neçə medal və 3-cü dərəcəli “Vətən xidmətə görə” ordeni ilə təltif olunub.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Əslən Ağdamdan olan, Bərdədə dünyaya gələn, ailənin tək və subay oğlu-ŞƏHİD SÜLEYMAN ETİBAR OĞLU ALLAHVERDİYEV… – FOTOLAR

Read Next

Rusiya MN-in Qarabağ iqtisadi rayonunu “Dağlıq Qarabağ ərazisi” kimi qeyd etməsi arzuolunmaz haldır-MÜDAFİƏ NAZİRLİYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir