Azərbaycanın İrandakı səfirliyində törədilmiş terror aktı zamanı Şəhid olan Orxan Əsgərovun cənazəsi evindən İkinci Şəhidlər Xiyabanına yola salınıb.
Etikxeber.az xəbər verir ki, Yasamal rayonunda yerləşən evinin qarşısında şəhidlə vida mərasimi keçirilib.
Daha sonra Orxan Əsgərovun nəşi dəfn olunması üçün İkinci Şəhidlər Xiyabana göndərilib.
11:54
***
Şəhid Orxan Əsgərovun cənazəsi dəfn olunması üçün İkinci Şəhidlər xiyabanına gətirilib.
Dəfn mərasimində dövlət və hökumət rəsmiləri, mərhumun ailə üzvləri və yaxınları iştirak edir.
12:19
***
Şəhid Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib.
Dəfn mərasimində dövlət və hökumət rəsmiləri, mərhumun ailə üzvləri və yaxınları iştirak edib.
Dəfn mərasimində Azərbaycanın Dövlət Himni səsləndirilib, yaylım atəşi açılıb.
Etikxeber.az