Şəhid övladından Dövlət Bayrağına hörmətsizlik-PROKURORLUQ ARAŞDIRMAYA BAŞLADI – YENİLƏNİB

Bərdə rayon İcra Hakimiyyəti (İH) icra başçısı aparatının işçisinin Azərbaycan bayrağı ilə bağlı hərəkətləri barədə sosial şəbəkələrdə yayılmış videogörüntüyə münasibət bildirib.

Etikxeber.az bildirir ki, Bərdə İH-dən mediaya verilən məlumata görə, İcra Hakimiyyəti Azərbaycan Respublikasının Dövlət Bayrağına qarşı aparatın baş məsləhətçisi Zöhrab Zöhrabbəyovun sosial şəbəkələrdə yayılmış qeyri-etik hərəkətlərindən məlumatlıdır və baş vermiş hadisəyə görə təəssüf hissi keçirir:

“Hadisə ilə əlaqədar Zöhrab Zöhrabbəyovla ətraflı söhbət aparılaraq izahatı alınıb və yol verdiyi ciddi nöqsana görə haqqında inzibati tənbeh tədbiri görülüb.

Birinci Qarabağ müharibəsinin şəhidi, “Azərbaycan Bayrağı”ordenli Sərhəd Zöhrabbəyovun oğlu Zöhrab Zöhrabbəyov yol verdiyi hərəkətinə görə peşmançılıq hissi keçirdiyini bildirib”.

***

Prokurorluq Bərdə rayon İcra Hakimiyyəti əməkdaşının Azərbaycan bayrağı ilə bağlı hərəkətləri barədə araşdırma aparır.

Bu barədə isə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Xəbərə görə, qeyd olunan faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma başlayıb.

Etikxeber.az

Read Previous

“Laboratory of Art” brendi altında yeni-yeni kitablarımız olacağına səmimi qəlbdən inanırıq”-FƏRİD NƏSİBZADƏ – FOTOLAR

Read Next

Bir qrup prokurorluq əməkdaşına ali xüsusi rütbələr verildi-SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir