Şəhid Polad Əliyevin Anım Günündə-MƏZARI VƏ EV-MUZEYİ ZİYARƏT OLUNDU, ANIM MƏRASİMİ KEÇİRİLDİ… – FOTOLAR – YENİLƏNİB

Ağcabədili Şəhid Polad Nurələm (Nuralı) oğlu Əliyevin Anım Günüdür.

Bu gün-8 sentyabr 2026-cı il tarixində Şəhidin Əbədiyyətə uğurlanmasından 21 keçir.

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Hindarx qəsəbə qəbiristanlığındakı məzarı ziyarət olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Ruhuna dualar olunub, “Quran” oxunub, ailəsinə-valideynlərinə Allahdan səbr və dözüm arzulanıb.

Sonra Şəhidin ata ocağında Anım mərasimi keçirilib.

Anım mərasimində Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Çıxışlar edilib, Şəhidlərə həsr olunmuş mahnılar səsləndirilib.

Daha sonra Şəhidin adına ehsan verilib.

Sonda ev-muzeyi ziyarət olunub, xatirə fotoları çəkdirilib.

Etikxeber.az xəbər verir ki, Polad Əliyev 1981-ci ilin oktyabr ayının 15-də Ağcabədi rayonunun Hindarx qəsəbəsində dünyaya gəlib…

Ailənin beş övladından, dörd qardaşdan biri olub…

Hindarx qəsəbə orta məktəbində oxuyub…

2000-2002-ci illərdə Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissədə xidmət edib, Vətənə xidmət borcunu yerinə yetirib…

Həqiqi hərbi xidmətini başa vurduqdan az sonra yenidən həyatını hərb, Ordu ilə bağlayıb…

Gizlirlik kursunu oxuyub və peşəkar hərbçi kimi Azərbaycan Ordusunda xidmət etməyə başlayıb…

Axırıncı dəfə ailəsi, atası ilə Şəhidliyindən təxminən 10 gün öncə danışıb…

2005-ci ilin sentyabr ayının 7-də Tərtər rayonunun Borsunlu kəndində-düşmənin növbəti təxribatı zamanı alın nahiyəsindən snayperlə vurulub və qəhrəmancasına Şəhid olub…

Şəhidlik xəbəri elə həmin gün, günorta saatlarında-babasının 40 mərasiminə hazırlıq gedən zaman ailəsinə çatdırılıb…

Əvvəlcə yaralı olduğu deyilsə də, sonra Poladın Şəhid olduğu bildirilib…

Nəşi həmin gün axşam saatlarında Tərtərdən Hindarxa gətirilib…

Səhərisi gün-sentyabrın 8-də isə Hindarx qəsəbə qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Cəmi 24 yaşında Şəhidlik məqamına ucalan Polad həm də subay olub…

O, eyni zamanda, Hindarxın 42 Şəhidindən biridir…

Ailəsinin yaşadığı küçəyə Onun adı verilib…

Eyni zamanda, ata ocağında adını daşıyan ev-muzeyi var…

Onu da qeyd edək ki, Poladın üç yaxın qohumu Birinci Qarabağ Savaşı Şəhididir…

Dayısı Ramiz Məmmədov, atasının xalası oğlu-Milli Qəhrəman Etibar İsmayılov və atasının əmisi oğlu, iki övlad atası Münasib Əliyev Birinci Qarabağ Şəhidlərimizdəndir…

Hər üçü də itkin Şəhidlərimizdəndir.

16:00

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Gözüm hər yerdə səni axtarır…Sənə çox ehtiyacım var…”-Cənnətdəki altıncı doğum günü, 28 yaşı tamam olan Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi Şahmuraz Hümbətzadənin bu gün-MƏZARI ZİYARƏT EDİLDİ, ADINA EHSAN SÜFRƏSİ AÇILDI… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Yollardakı vəziyyət açıqlandı-SİYAHI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir