Şəhid qardaşlar-Əli və İslam Əhmədovlar: XATİRƏLƏRLƏ, ANILARLA DOLU EV-MUZEYİ, 11 AY 28 GÜNDÜR SAHİBİNİ GÖZLƏYƏN BOŞ QALMIŞ ÇARPAYILAR VƏ DİK DURUŞLU, ƏSALƏTLİ ŞƏHİDLƏR ANASI…

Bu gün yenidən və növbəti dəfə Mingəçevirli Şəhidlər, Şəhid qardaşlar-Əli və İslam Əhmədovların şəhərin “Günəşli” yaşayış məhəlləsindəki ev-muzeyində oldum…

Yenidən və növbəti dəfə Şəhid qardaşların anası, Qəhrəman ana Sevinc xanımla, Sevinc Əhmədova ilə görüşdüm…

Bir xeyli söhbətləşdim, dərdləşdim…

Və bir daha Şəhid qardaşların ev-muzeyini ziyarət etdim…

Anılarla, xatirələrlə…dolu ev-muzeyi…

Bir deyil, iki deyil, beş deyil…

Yenə boş qalmış, gözdağına çevrilmiş, 11 ay 28 gündür sahibini gözləyən çarpayılar…

Yenə ürək dağlayan, qəlb sızladan mənzərə…

Və qeyd edim ki, Mingəçevirin mədəniyyət işçilərindən bir qrup da Şəhidlərin ev-muzeyini, Şəhid qardaşların anasını ziyarət etməyə gəlmişdilər…

Onlar da Şəhid qardaşların ev-muzeyini ziyarət etdilər, Sevinc xanıma səbr dilədilər, “Şəhidlərimizin, övladlarınızın məkanı cənnətlik olsun, nur işində yatsınlar!”-dedim…

Ziyarət zamanı həm də duyğulu anlar yaşandı, göz yaşlarına hakim olmaq mümkün olmadı…

Yenə də sözün bitdiyi yer, yenə kəlmələrin aciz, lal qaldığı, bozağda düyümləndiyi an…

Nə deyəsən, necə təsəlli verəsən?!…

Və yenə də Məğrur, Dik duruşlu Şəhidlər anası, Sevinc ana…

Yaşadığı bütün acılara, tək-təhnalığına rəğmən yenə də Əsalətli, yenə də Dimdik ayaq üstə…

Əsl Şəhid anasına, əsl Azərbaycan anasına, əsl Azərbaycan-Türk xanıma yaraşan bir duruş…

Və tanıdığım gündən də onu heç zaman şikayətlənən, nədənsə narazılıq edən… görməmişəm, bu gün də görmədim…

Və bir daha gözümdə ucaldı-UCAlardan-UCA Şəhidlər anası, Sevinc ana!

Allah Şəhidlərimizin, Şəhid qardaşların UCA məqamlarını UCAlardan UCA etsin!

Böyük Yaradan iki övladını bir gündə Şəhid vermiş Şəhidlər anası-Qəhrəman ana Sevinc xanıma bir daha səbr, dözüm, güc, qüvvət versin!

Həm Şəhidlərmizin ruhu, həm də Sevinc xanımın UCAlığı qarşısında baş əyirəm!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

25.09.2021, Mingəçevir

Etikxeber.az

Read Previous

27 sentyabr Anım günü ilə əlaqədar bir sıra marşrut avtobusların-HƏRƏKƏT SXEMİ DƏYİŞDİRİLƏCƏK

Read Next

Ceyhun Bayramovla BMT Baş katibinin görüşündə nələr-MÜZAKİRƏ OLUNDU? – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir