Şəhid qardaşlardan Nazir və Tacir Allahverdiyevlərin bu gün-CƏNNƏTDƏKİ BEŞİNCİ DOĞUM GÜNLƏRİDİR…

Ağdam rayonunun Çullu kəndinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Şəhid qardaşlar Tacir və Nazir Xasay oğlu Allahverdiyevlərin doğum günüdür.

Hər iki qardaşın bu gün-20 aprel 2025-ci il tarixində 24 yaşı tamam olur.

Bu, həm də Tacir və Nazir Allahverdiyevlərin Cənnətdəki beşinci ad günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, ailənin 10 övladından olan əkiz Şəhid qardaşlar 2001-ci ilin aprel ayının 20-də Ağdamın Çullu kəndində sadə bir ailədə dünyaya gəliblər.

Atalarını illər öncə itiriblər.

Anaları Mailə Allahverdiyeva onlara həm analıq, həm də atalıq edib.

Hər ikisi də 2007-2018-ci illərdə orta məktəbdə oxuyublar.

Hər ikisi də orta məktəbi bitirdikdən, 18 yaşlarını tamamladıqdan bir müddət sonra-2019-cu ildə həqiqi hərbi xidmətə yollanıblar.

Hər ikisi də İkinci Vətən Müharibəsi zamanı Azərbaycan Ordusunun əsgərləri kimi döyüşlərdə iştirak ediblər.

Şərəfli döyüş yolları isə bir aya yaxın çəkib.

Hər ikisi də 2020-ci ilin oktyabr ayında, eyni gündə və Füzuli istiqamətində Şəhid olublar.

Hər ikisi də oktyabrın 24-də Çullu kənd qəbiristanlığında torpağa tapşırılıblar.

Şəhidliklərindən sonra hər iki qardaş bir neçə medalla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunublar.

Hər ikisi də subay olublar.

Məkanları cənnətlik, Cənnətdəki beşinci doğum günləri mübarək olsun!

Nurlar içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Yardımlıda zəlzələ-OLDU

Read Next

Şimşək çaxacaq, dolu düşəcək-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir