Mingəçevirli Şəhid qardaşlar-Əli və İslam Əhmədovların anası Sevinc Əhmədovaya məxsus pul qabı və telefonu oğurlamaqda, oğurluq əməlində şübhəli bilinən şəxslər müəyyən olunub.
Bu haqda Etikxeber.az-a Daxil İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.
Məlumatda qeyd olunub ki, həmin şəxslərin saxlanılması istiqamətində tədbirlər görülüb.
Qeyd edək ki, bir neçə gün öncə Mingəçevirli Şəhid qardaşlar-Əli və İslam Əhmədovların anası Sevinc Əhmədovaya məxsus olan pul qabı və övladlarının mesajları, səs yazıları, fotoları olan telefonu Mingəçevir Şəhidlər Xiyabanından-Şəhidlərin məzarı üzərindən oğurlanıb.
Onu da qeyd edək ki, hər iki qardaş İkinci Vətən Müharibəsinin elə ilk günündə, sentyabr ayının 27-də ayrı-ayrı yerlərdə və saatlarda Şəhid olublar.
Hər iki övladını Şəhid verən Sevinc Əhmədova isə hazırda Mingəçevir şəhərində, “Günəşli” massivində, Şəhid qardaşların adını daşıyan küçədə yerləşən evində tək-tənha yaşayır.
Şəhid qardaşlar Mingəçevirdə yaşasalar və orada dəfn olunsalar da, əslən Goranboyludurlar.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az