Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində İkinci Vətən Müharibəsi Şəhidlərindən olan iki medallı Rəşid Həmidovla bağlı tədbir keçirilib.
Etikxeber.az xəbər verir ki, tədbirdə Şəhidin anası Tənzilə xanım və Mərkəzi Zabitlər Evinin əməkdaşları, hərbçilər iştirak ediblər.
Tədbirdə Şəhidin keçdiyi döyüş yolundan bəhs edilib.
Qeyd edək ki, dünən, 19 sentyabr tarixində 22 yaşı tamam olanb Rəşid Həmidov 2020-ci ilin oktyabrın 6-dan 7-nə keçən gecə ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.
Evin tək oğlu olan və anası Tənzilə xanımın himayəsində böyüyən Rəşid Həmidov doğulduğu Siyəzən rayonunda, şəhər qəbiristanlığında torpağa tapşırılıb.
Məkanı cənnətlik olsun!
Etikxeber.az