Daha bir İkinci Vətən Müharibəsi Şəhidinin adını daşıyan bacısı oğlu dünyaya gəlib.
Bu dəfə Mingəçevirli İkinci Qarabağ Savaşı Şəhidi, evin tək və subay oğlu Ruslan Nəcəf oğlu Cəfərlinin tək bacısının üçüncü övladı dünyaya göz açıb.
Etikxeber.az xəbər verir ki, iki qız övladından sonra üçüncü uşağı-oğlu dünyaya gələn Şəhid bacısı övladına qardaşının adını verib.
Şəhid bacısı Günay xanım ailəsinin razılığı ilə övladına Ruslan adını qoyub.
Şəhidin-dayısının adını daşıyan balaca Ruslan-Ruslan Ülvi oğlu Kərimiov aprel ayının 25-də dünyaya gəlib.
Adı ilə böyüsün, dayısının ruhu köməyi olsun və torpağı sanı yaşasın!
***
FOTO:


Kamil HƏMZƏOĞLU
Etikxeber.az