Şəhid Səməndər İsmayılzadənin bacısı oğlu, Şəhid Elvin Məmmədovun qardaşı oğlu dünyaya gəldi-HƏR İKİ KÖRPƏYƏ ŞƏHİDLƏRİN ADLARI VERİLDİ

Bugünlərdə daha iki Şəhid ailəsində sevincli anlar yaşanıb.

Daha iki Şəhid ailəsində körpələr dünyaya gəlib.

Bakılı İkinci Vətən Müharibəsi Şəhidi Səməndər Vahid oğlu İsmayılzadənin bacısının ikinci övladı-oğlu dünyaya göz açıb.

Sentyabr ayının 11-də anadan olan körpəyə Şəhid dayısının adı-Səməndər adı qoyulub.

Səməndər Tərlan oğlu Fərəcli…

Eyni zamanda, bu gün səhər saatlarında Ağdaşlı İkinci Vətən Müharibəsi Şəhidi Elvin Məmmədovun qardaşı Elgün Məmmədovun ilk-oğlan övladı dünyaya gəlib.

Bu körpəyə isə Şəhid əmisinin adı-Elvin adı qoyulub.

Elvin Elgün oğlu Məmmədov…

Hər iki körpə Şəhidlərimizin torpağı sanı yaşasınlar!

Sağlam və huzurlu böyüsünlər!

Amin!

K.HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Sabunçu Gənclər Evində bu dəfə-BİRİNCİ QARABAĞ SAVAŞI ŞƏHİDİ ELÇİN HƏSƏNOVA HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLDİ… – FOTOLAR

Read Next

Məktəbəqədər hazırlığa gedənlər arasında-ŞƏHİD NATİQ ƏLİYEVİN DƏ TƏK QIZI VAR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir