Şəhid Samir Xudiyevin Cənnətdəki ikinci doğum günüdür-21 YAŞI TAMAM OLUR…

2022-ci ilin avqust ayının əvvəllərində Şəhidlik məqamına ucalan beş Şəhidimizdən biri-Samir Səməd oğlu Xudiyevin doğum günüdür.

Samir Xudiyevin bu gün 21 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki ikinci doğum günü, mövlududur.

Cənnətdəki ikinci doğum günü ilə bağlı bu gün Ramana qəsəbə qəbiristanlığındakı Şəhidlər məzarlığında Şəhidin məzarı ziyarət olunacaq.

Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək, “Quran” oxunacaq.

Sonra Şəhidin Cənnətdəki ikinci doğum günü ilə bağlı mərasim düzənlənəcək, adına ehsan süfrəsi açılacaq.

Etikxeber.az xəbər verir ki, əslən Füzulinin Əhmədalılar kəndindən olan Samir Xudiyev 2003-cü ilin iyul ayının 18-də Bakı şəhərində, sadə bir ailədə dünyaya gəlib.

Ailəsi ilə birlikdə Ramana qəsəbəsində yaşayıb.

Ailədə 3 uşaq-2 qardaş və 1 bacı olublar.

Evin-ailənin ikinci övladı idi.

Orta məktəbi bitirdikdən sonra ali təhsilə yiyələnmək istəsə də, arzusu baş tutmayıb və 2021-ci ilin iyulunda həqiqi hərbi xidmətə yollanıb.

Laçın istiqamətində qulluq edib.

Axırıncı dəfə ailəsi, atası ilə Şəhidliyindən 2 gün öncə, 2022-ci ilin avqustun 3-də danışıb.

Avqustun 5-də isə Laçında Şəhidlik məqamına ucalıb.

Nəşi bir gün sonra, avqustun 6-da Ramana qəsəbə qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb.

O, həm də subay olub.

Məkanı cənnətlik, Cənnətdəki ikinci doğum günü mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Antiterror Şəhidləri Əzizbəy Muradov, Asim Camalzadə, Hüseyn Nəsibov VƏ YA ŞƏHİD HÜSEYN NƏSİBOVUN OCAĞINI, AİLƏSİNİ ZİYARƏT… – FOTOLAR – YENİLƏNİB

Read Next

Cənnətdəki ilk doğum günündə, 21 yaşının tamamında-ANTİTERROR ŞƏHİDİ QİYAS MANAFOVUN MƏZARI ZİYARƏT OLUNACAQ, MƏRASİM TƏŞKİL OLUNACAQ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir