Biləsuvarlı Şəhid Turan Əliyevin bacısı oğlu, iki bacının tək qardaşı balaca-TUNAR MƏMMƏDOVUN KİÇİK TOY MƏRASİMİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Tunar Əli oğlu Məmmədov…

24 fevral 2019-cu il doğumlu…

Cəmi 5 yaşlı…

Əsgərabadlı, Biləsuvarlı…

Şəhid, evin-ailənin tək və subay oğlu Turan Sulduz oğlu Əliyevin tək bacısı-üç övlad anası Türkan xanımın oğlan övladı…

Ömür Həyatın tək qardaşı Tunar…

Bu gün Tunar balanın gözəl-özəl, şad günüdür…

Bu gün onun kiçik toy mərasimidir…

Balaca bəyin toy mərasimi isə Biləsuvarın “Zirvə” şadlıq sarayında baş tutub…

Bu yerdə qeyd edək ki, bir gün öncə-12 iyun 2024-cü il tarixində Şəhid Turanın Əsgərabaddakı ocağında da Biləsuvarlı Şəhid ailələrinin iştirakı ilə kiçik bir məclis düzənlənib…

Bu məclis də balaca Tunara həsr olunub…

13 iyun tarixində düzənlənən kiçik toy mərasimində isə öncə balaca bəy-səbəbkar məclisə alqış sədaları altında daxil olub…

Sonra mərasimdə Turan Əliyev də daxil olmaqla, cəmi Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himnimiz səsləndirilib…

Şəhid Turan Əliyevlə bağlı videoçarx nümayiş etdirilib…

Daha sonra çıxışlar edilib, səbəbkara-balaca Tunara xoş arzular, xoş diləklər səsləndirilib…

Ona can sağlığı, uzun ömür, xoşbəxtlik, səadət, dayısının torpağı sanı qədər ömür sürməsi, böyük toyunun-gözəl ailə sahibi olması arzulanıb…

Həmçinin, Tunarın nənəsi-Şəhid anası Tünzalə xanıma, o cümlədən səbəbkarın valideynlərinə, doğmalarına gözaydınlığı verilib…

Məclis zamanı xoş, səmimi arzular, təbriklər biri-birinə qarışıb, bir-birini əvəzləyib…

Tünzalə xanım da öz növbəsində məclis iştirakçılarına minnətdarlığını bildirib, belə bir gündə onu, balaca Turanın ailəsini tək buraxmadıqları üçün hər kəsə, xüsusilə, Dərd və Qürur ortaqları olan Şəhid ailələrinə təşəkkürlərini ifadə edib…

Məclisdə həm sevincli, həm də zaman-zaman kövrək, duyğulu anlar yaşanıb…

Bir sözlə, məclisdə bir-birindən gözəl mahnılar, musiqilər səsləndirilib, rəqslər ifa olunub, gözəl gün yaşanıb…

Ən çox sevinən isə heç şübhəsiz ki, ruhu toy məclisinin keçirildiyi ünvanda, məkanda dolaşan Şəhid Turanın-səbəbkarın Vətən sevdalısı dayısının ruhu olub…

Ruhu hər daim köməyi olsun, bu gün kiçik toyu olan balaca Tunarın!

Torpağı sanı ömür sürsün!

Amin!

21:00

***

FOTOLAR:

22:30

***

BİR GÖZÜNÜ VƏTƏN YOLUNDA QURBAN VERMİŞ VƏTƏN SEVDALISI QAZİMİZ VƏ BAŞ TACIMIZ OLAN ŞƏHİD AİLƏLƏRİ, ŞƏHİD ATALARI…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İlham Əliyev Palçıq Vulkanları Turizm Kompleksinin-AÇILIŞINDA – FOTOLAR

Read Next

“Antiterror əməliyyatı zamanı sağ gözümü itirdim…16 dəfə əməliyyat olunmuşam, qarşıda hələ üç əməliyyatım var…”-YEDDİ İLİN PEŞƏKAR HƏRÇİSİ, GİZİR, BİR NEÇƏ MEDALLI, İKİNCİ VƏTƏN MÜHARİBƏSİNİN, “QİSAS” VƏ ANTİTERROR ƏMƏLİYYATLARININ İŞTİRAKÇISI, QAZİ, BİLƏSUVARLI İKİ ÖVLAD ATASI İLKİN İLYAS OĞLU KƏRİMLİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir