Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün iki Qazimizin, iki müharibə iştirakçısı və iki müharibə veteranının doğum günüdür.
Etikxeber.az xəbər verir ki, Goranboy rayonunun Goranlı kəndindən olan Birinci Qarabağ Müharibəsi iştirakçısı, müharibə veteranı İlqar Puşkin oğlu Əliyevin bu gün yubiley-60 yaşı tamam olur.
Qeyd edək ki, üç övlad atası olan İlqar Əliyev 1966-cı ilin iyul ayının 21-də dünyaya gəlib.
Birinci Vətən Müharibəsi iştirakçısı olan İlqar Əliyev həm də Şəhid və Qazi atasıdır.
O, nəşi bir il yeddi gündən sonra tapılan İkinci Vətən Müharibəsi Şəhidi İxtiyar Əliyevin atasıdır.
Eyni zamanda, Qazi, bir ayağı amputasiya olunan və ailəli Bəxtiyar Əliyevin valideynidir.

Bu gün həm də Goranboylu digər Qazi-İkinci Vətən Müharibəsi iştirakçısı, keçmiş MAXE, iki övlad atası Fuad Mahir oğlu Həsənovun doğum günüdür.
21 iyul 1988-ci il təvəllüdlü, ailənin üç övladından biri olan Fuad Həsənov Goranboy rayonunun Nərimanlı kəndində-tanınmış ziyalı ailəsində dünyaya gəlib.
Fuad Həsənov İkinci Vətən Müharibəsi zamanı-sentyabr ayının sonlarında ağır döyüşlərdən birində yaralanıb.
Üçüncü qrup müharibə əlili, Qazidir.
Üç medalı var.
Hər iki Qazimizin doğum günü mübarək olsun!
Etikxeber.az





