Şəhid və şəhid atası olan Əməkdar artistin xatirəsi yad olundu – FOTO

Fevralın 3-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Əməkdar artist, görkəmli teatr və kino xadimi, Dövlət mükafatı laureatı Hamlet Xanızadənin 75 illiyinə həsr olunmuş tədbir keçirilib.

 Etikxeber.az xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının, Akademik Milli Dram Teatrının və Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Akademik Milli Dram Teatrının direktoru, Xalq Artisti Azərpaşa Nemət çıxış edərək aktyorun Azərbaycan kinosu və teatrının inkişafındakı xidmətlərindən danışıb, onunla bağlı xatirələrini bölüşüb.

Vurğulanıb ki, Hamlet Xanızadə 1941-ci il iyunun 5-də Bakının Şağan kəndində dünyaya gəlib. Qeyri-adi istedadı ilə milyonlarla tamaşaçının, dinləyicinin məhəbbətini qazanan H.Xanızadənin yaratdığı unudulmaz obrazlar milli teatrın həyatında əlamətdar hadisəyə çevrilib.

Diqqətə çatdırılıb ki, Hamlet Xanızadə Hüseyn Cavidin “İblis”, “Xəyyam”, “Topal Teymur”, Səməd Vurğunun “Vaqif”, Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı”, Nazim Hikmətin “Şöhrət və ya unudulan adam”, Şekspirin “Antonio” və başqa tamaşalarda, “O qızı tapın”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə”, “Qızıl uçurum”, “İmtahan”, “Qoz qabağında şeytan balası”, “Şəhərin yay günləri”, “Babək”, “Nizami”, “Qətl günü” və onlarca başqa bədii filmlərdə unudulmaz, yaddaqalan obrazlar, xarakterlər yaradıb. Unudulmaz sənətkar 1990-cı il fevralın 3-də 49 yaşında vəfat edib. Öz vəsiyyətinə görə doğulduğu Şağan kənd qəbiristanlığında dəfn olunub.

Aktyorun digər sənət dostları onun yaradığı obrazlar qalereyasından söz açaraq xatirələrini bölüşüblər.

Daha sonra sənətkarın çəkildiyi filmlərdən və teatr səhnəsində rol aldığı tamaşalardan parçalar nümayiş olunub.

Etikxeber.az

Read Previous

Əliyev sabiq ədliyyə nazirinə “Əməkdar hüquqşünas” adı verdi

Read Next

Bank sektorunun 2016-cı il üzrə icmal göstəriciləri açıqlandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir