Şəhid Vüsal Şükürovun ocağını ziyarət və ya hələ də o anların, o baxışların təsiri altındayam, unuda bilmirəm… – KAMİL HƏMZƏOĞLU YAZDI

Bugünlərdə Ağcabədi rayonunda olarkən daha bir Şəhid ailəsini, özü də xeyli müddətdir yaxından tanıdığım, ancaq evlərində, ocağlarında olmadığım Şəhid valideynlərini ziyarət etdim…

Daha bir Şəhid ocağında oldum…

Daha bir Şəhid ailəsinə baş çəkdim…

Daha bir Nur üzlü Şəhidimizin, övlad-tək oğul həsrətli, Dərdli, Yaralı, həm də Məğrur, Qürurlu valideynləri ilə bir araya gəldim…

Ağcabədi rayonunun Şahmalılar kəndinin İkinci Vətən Müharibəsi Şəhidi Vüsal Şükürovun valideynləri-anası Sevinc xanım, atası Zahir Şükürovla görüşdüm…

Bir daha Şəhidimizin ailəsinə, valideynlərinə Allahdan səbr və dözüm arzuladım…

Bir daha “Şəhidimizin, balanızın məkanı cənnətlik, ruhu şad olsun!”-dedim…

Bir daha Şəhidimizin əziz və müqəddəs ruhu qarşısında baş əydiyimi, baş əydiyimizi dilə gətirdim…

Nə etsək də, nə qədər çalışsaq da…bir ömür boyu Vüsal Şükürov da daxil olmaqla, heç bir Şəhidimizin borcundan çıxa bilməyəcəyimi, çıxa bilməyəcəyimizi ifadə etdim…

Şəhidimizin valideynləri ilə dərdləşdim, söhbətləşdim…

Və bu yerdə qeyd edim ki, üstündən bir neçə gün keçməsinə baxmayaraq, hələ də özümə gələ bilmirəm…

Hələ də ziyarət zamanı gördüklərimi, müşahidə etdiklərimi, yaşananları, yaşadıqlarımı unuda bilmirəm…

Unudulması mümkün deyil…

Sözlərlə, kəlmələrlə ifadəsi də mümkün deyil…

Sözlər də, kəlmələr də o anları, o mənzərəni, o yaşananları tam, dolğun şəkildə ifadə etməkdə acizdir, gücsüzdür…

Hələ də tək və subay oğullarını, arxa-dayaqlarını itirmiş, Şuşayacan şərəfli və uzun döyüş yolu keçmiş, Qələbəyə cəmi saatlar qalmış, 9 noyabrda və cəmi 25 yaşında Şuşada qəhrəmancasına Şəhidlik məqamına ucalmış Şəhid Vüsalımızın valideynlərinin çarəsiz, kədərli, bir nöqtəyə zillənən dərdli, ümidsiz baxışlarını, hüznlü simalarını, qəmli gözlərini unuda bilmirəm…

Hələ də o baxışların, o hüznün…təsiri altındayam…

Danışsalar da, bəzən gülümsəməyə çalışsalar da, yenə də bir gözləri qəmli, kədərliydi…

O gözlərdə, o baxışlarda da…oğul, övlad həsrəti aydın görünürdü…

O gözlər, o baxışlar “balam haradadır, niyə qayıdıb, qapını açıb içəri girmir…”-deyirdi…

Həmin gün, həmin anlar sözün bitdiyi yerdəydim yenə…

Və açıq etiraf edim ki, son zamanlar bəlkə də ogünkü qədər təsirlənməmişdim…

Hələ də və hələ də o təsirlərin altındayam…

Allah bir daha və bir daha səbr və dözümlərini versin, Vüsal balamızın, Vüsal Şükürovun valideynlərinin!

Allah bir daha və bir daha məqamını Uca, dərgahını mübarək etsin, Nur üzlü Şəhidimizin!

Əbədiyyən, Əbədiyyətəcən Fəxrimiz, Qürurumuzdur!

Nurlar içində uyusun!

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Cəmi 3 yaşında atasını itirən və cəmi 23 yaşında Şəhidlik məqamına ucalan-AİLƏNİN TƏK, SUBAY VƏ ALİ TƏHSİLLİ OĞLU, NƏŞİ 47 GÜNDƏN SONRA TAPILAN BİNƏQƏDİLİ VÜSAL AFTANDİL OĞLU MƏMMƏDOV… – FOTOLAR

Read Next

Şahdağa yenə qar yağdı-FAKTİKİ HAVA AÇIQLANDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir