Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Sosal şəbəkədə şəhid Xudayar Yusifzadə barəsində ironik paylaşım edən Fuad Rəsulzadənin döyülməsi ilə bağlı cinayət işi başlanılıb.
Etikxeber.az xəbər verir ki, bu barədə Etikxeber.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov açıqlama verib.
O, bildirib ki, yayılan videogörüntü ilə bağlı müvafiq araşdırma aparılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb:
“Bu barədə məlumat daxil olduqdan dərhal sonra istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxslər müəyyən olunub. Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədənlərin şəhid Xudayar Yusifzadənin qardaşı, dayısı və xalası oğlu olduğu müəyyən edilib”.
E. Zahidov qeyd edib ki, saxlanılan şəxslər istintaqa cəlb olunub, dindirilərək izahatları alınıb.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
10:40
***
Şəhid Xudayar Yusifzadə barədə sosial şəbəkələrdə status paylaşdığına görə Fuad Rəsulzadəni döyən şəxslər həbs edilməyib.
Bu barədə növbəti açıqlamasında E. Zahidov bildirib.
Onun sözlərinə görə, hazırda həbs olunan yoxdur:
“Xəbər verildiyi kimi, artıq qanunun tələbinə uğun olaraq həmin fakt üzrə cinayət işi başlanılıb və istintaq aparılır. Tərəflər dindirilib, ifadələri alınıb, lakin hələlik həbs olunan yoxdur. İstintaq prosesində tərəflər barışmaq niyyətində olduqlarını da bildiriblər. Barışıq barədə rəsmi müraciət edərlərsə, prossesual qanunvericiliyə uyğun olaraq nəzərə alınacaq”.
Etikxeber.az
Etikxeber.az