Şəhidimiz Astaranın Şahağacı kəndində dəfn olunacaq

Şəhid Fikrət Bəşirov bu gün doğulduğu Astaranın Şahağacı kəndində dəfn olunacaq.

Etikxeber.az-ın cənub bürosunun verdiyi məlumata görə, Dağlıq Qarabağda ermənilər tərəfindən mövqelərimizin atəşə tutulmasına qarşı cavab tədbirləri görülərkən düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu 1980-ci il təvəllüdlü Bəşirov Fikrət Nurşiravan oğlu şəhid olub.

Bu gün şəhidin doğulduğu Astaranın Şahağacı kəndində dəfn olunacağı gözlənilir.

Qeyd edək ki, şəhid müddətdən artıq hərbi qulluqçu olub.

Etikxeber.az

Read Previous

Deputatdan çağırış: “İmkanlı adamlar qazilərimizə dəstəyi özlərinə borc bilməlidir” – FOTO

Read Next

General və deputat Əliyevlər qardaşları ilə… – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir