Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olan Azərbaycanın hərbi qulluqçusu dəfn edilib.
Etikxeber.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri Fərzəliyev Fərzalı Əlimövsüm oğlu doğulduğu Ucar rayonu, Alpı kəndində torpağa tapşırılıb.
Şəhidin dəfn mərasimində DSX-nin zabitləri, rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.
Etikxeber.az