Şəhidimizin ilk nuru-İLKNUR… – JALƏ ƏLİYEVADAN İKİ STATUS

Şəhid mayor, tabor komandiri, həmyerlimiz Rəhim Hüseynov NATO-nun ali mükafatı ilə təltif edilib.

Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində bu münasibətlə keçirilən tədbir sırasında Zərdabdan xoş bir xəbər aldım.

Digər bir həmyerlimiz, Şəhid baş leytenant Ağaqardaş Abbasovun qızı, sağlığında adını özünün verdiyi İlknur balamız bu gün dünyaya göz açıb.

Həm sevindim, həm üzüldüm…

Baxmayaraq ki, artıq çıxış edib, yerimə keçmişdim, ikinci dəfə söz istədim.

Xəbəri mikrofonla tədbir iştirakçılarına çatdırdım.

Bütün zabit və əsgər heyəti balaca İlknurun dünyaya gəlişini alqışlarla qarşıladılar.

Sağ-salamat böyüsün, atasının adına layiq bir övlad olsun, inşallah!

***

İlkinin ilk və son nübarı, körpə İlknur bu gün doğma ata ocağına gəldi.

İgidliyi dillərdə dastan olan şəhid baş leytenant Ağaqardaş (İlkin) Abbasovun aatası İlham qardaşla bir az əvvəl telefonla danışdım.

Gözaydınlığı verdim. Anası Dilbər müəlliməni, sevib-seçdiyi Leylasını, bundan sonra həm oğul, həm də qız olacaq bacılarını təbrik etdim.

Kədər qarışıq sevinc…

Bir-birinə qarşı olan, bir-birinə zidd olan iki hiss, iki duyğu…

Bu gün onu tanıyanlar, onu sevənlər, hər kəs eyni hissləri, duyğuları yaşıyır məncə…

Həyat isə davam edir…

Körpə İlknurumuzun, evimizin nuru olan bütün övladların timsalında həyat davam edir!

Qədəmlərin sayalı, bəxtin açıq olsun, körpə bala.

Elinə-obana, evinə-yurduna xoş gəldin!

Jalə ƏLİYEVA,

Millət vəkili

Etikxeber.az

Read Previous

Oktyabrda ağır yaralanan və oktyabrda ikinci övladı dünyaya gələn İgidimiz, Qazimiz-KAMRAN QƏHRƏMANOV! – FOTOLAR

Read Next

Daha 156 yeni yoluxma-DAHA 3 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir