“Şəhidimizin övladına özünün də vaxtilə arzu etdiyi kimi, Rəsul adı qoyulub…”-DEPUTAT BƏHRUZ MƏHƏRRƏMOV ŞƏHİD AİLƏSİNƏ GÖZAYDINLIĞI VERDİ

Biləsuvarın qəhrəman oğlu, şəhid Vüsal Qənbərlinin övladı dünyaya gəlib. Körpəyə şəhidimizin özünün vaxtilə arzu etdiyi kimi, Rəsul adı verilib. Bu gün şəhidimizin atası İlkin Qənbərovla əlaqə saxlayaraq, ailəyə gözaydınlığı verdim, atasının məğrur ruhunu daşıyan körpənin vəziyyəti, ailənin isə qayğıları ilə maraqlandım. Şükrlər olsun ki, Rəsul balamızın səhhəti qaydasındadır. Ailəyə onların və xüsusən də, şəhidimizin yeganə yadigarının daim dövlətimizin, dövlət başçımızın və xalqımızın sevgi və qayğısı ilə əhatələnəcəyini bildirdim.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

“Nəzərinizə çatdırım ki, Vüsal Qənbərli 1995-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində dünyaya gəlmiş, Vətən müharibəsində Qubadlı və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edərək qəhrəmancasına şəhid olmuş, Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə” medalı (ölümündən sonra) ilə təltif edilmişdir. Allahdan Vüsala rəhmət, Rəsul balamıza isə atasının adını daim uca tutmasını, xalqına dövlətinə layiq övlad kimi yetişməsini diləyirəm!”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Daha 162 yeni yoluxma-DAHA 8 ÖLÜM…

Read Next

Bu dəfə “Ailə” üzvləri-BİR ARAYA GƏLƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir