“Şəhidin adından sosial şəbəkələrdə insanlar oyun oynayırlar…”-BƏHRUZ MƏHƏRRƏMOV HÜQUQ-MÜHAFİZƏ ORQANLARINA ÇAĞIRIŞ ETDİ

Bu gün şəhidin adından sosial şəbəkələrdə insanlar oyun oynayırlar.

Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Bəhruz Məhərrəmov Şəhid general Polad Həşimovun adına Qəbələ rayonunda küçə verilməsi məsələsi ətrafında yaşananlara münasibəti bildirərkən deyib.

Millət vəkili bildirib ki, bu, cinayət təqibinin başlanılması üçün əsas sayılmalıdır:

“Ümumiyyətlə, karantin qaydaları ilə bağlı oyunlar oynanılır. Hökumətə qarşı açıq çağırışlar edilir. Bu addımların qarşısı alınmalıdır”.

B. Məhərrəmov bununla bağlı ölçü götürülməsi üçün hüquq-mühafizə orqanlarına çağırış edib.

Millət vəkili eyni zamanda, ölkədə yaranan su probleminə toxunaraq, ümumiyyətlə, su məsələsinə baxışın, yanaşmanın dəyişməsinin vacibliyini dilə gətirib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

MM-in sessiyasının ikinci iclası-FAZİL MUSTAFA OPERATİV QƏRARGAHA SƏSLƏNDİ, HİKMƏT BABAOĞLU ETİRAZ ETDİ…YENİLƏNİB – (2)

Read Next

“Hətta təhsil haqqına görə təhsilini atmaq istəyən 3-cü, 4-cü kurs tələbələri var…”-QƏNİRƏ PAŞAYEVADAN HÖKUMƏTƏ SƏSLƏNİŞ – VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir