Şəhidin hərbçı qızının məsələsi generala tapşırıldı

Müdafiə Nazirliyi Gununsesi.info-da gedən “Komandirdən şəhidin hərbçi qızına əxlaqsız təklif-Şikayət” adlı yazıya rəsmi münasibət bildirib.

Etikxeber.az-ın xəbərinə görə, Müdafiə Nazirliyindən Gununsesi.info-ya daxil olan açıqlamada bildirilir ki, məsələnin mahiyyətinin öyrənilməsi, aydınlaşdırılması, müvafiq tədbirlərin görülməsi və nəzarət müdafiə nazirinin şəxsi heyət üzrə müavininə tapşırılıb.

“23 yanvar 2017-ci il tarixdə Gununsesi.info saytında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Minarə Mübariz qızı Bayramova (İsmayılova) ilə əlaqədar dərc olunan məqaləyə münasibət bildirərək, qeyd edirik ki, məsələnin mahiyyətinin öyrənilməsi, aydınlaşdırılması, müvafiq tədbirlərin görülməsi və nəzarət Müdafiə nazirinin şəxsi heyət üzrə müavininə tapşırılıb. Müraciətin yerində, dəqiq və daha ətraflı araşdırılması məqsədilə Müdafiə Nazirliyinin yüksək rütbəli zabitlərindən ibarət qrup hərbi hissəyə ezam olunub”-deyə, açıqlamada vurğulanıb.

Qeyd edək ki,  müdafiə nazirinin şəxsi heyət üzrə müavini də general-leytenant Kərim Vəliyevdir.

Etikxeber.az

Read Previous

Həsənov: “Əsgərimizin nəşinin qaytarılması ilə bağlı konkret tədbirlər görülməlidir”

Read Next

Maşallah Əhmədov yalnız 50 mini ödəyəcək…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir