“Şəhidlə Şəhidəm” kitabının təqdimat ünvanı bu dəfə-SALYAN OLDU – FOTOLAR

“Qəhramanlar can verir, yurdu yaşatmaq üçün”.

Can verib torpağa can alan qəhraman oğulların adını yaşatmaq vətəndaşlıq borcumuzdur. Biz bir millət olaraq azadlığımızı, müstəqilliyimizi vətən oğullarına borcluyuq.

O oğullar ki, ana qucağından isti vətən torpaqlarını seçdi.

Vətən deyəndə onun sevgisindən ürək döyünür ,qürurlanır insan doğma yurdunun adı çəkiləndə fərəhlə sevinir.

Bizə əmanət olan bu yurdu,canımız bahasına qorumalı,ona sahib çıxmalıyıq.

İllərdir həsrət qaldığımız, 30il həsrətində olduğumuz doğma Qarabağ torpaqları bizə qəhraman şəhidlərimizin artıq əmanətidir.

Biz vətənimizə bağlıyıq ve ona sadiqik.

Biz öz sadiqliyimizi vətənpərvərliyimizlə millətimizə olan sevgimizlə sübut edirik.

Bunlardan birini nümunə olaraq sizlərlə bölüşməkdən qürur duyuram.

Artıq 3 ildir ki, dayanmadan öz zehni ilə qəhramanlarımızı ürək dolusu sevgi ilə yazılarında yaşadan, illərdir ürəyi Qarabağ sevgisiylə alışıb-yanan,AYB və AJB -nin üzvü olan şair Raziyə Kamilqızının 14.10.2023-cü il tarixində Salyan rayonunun Mərkəzi kitabxanasında “Şəhidlə Şəhidəm”kitabının təqdimatı keçirilib.

Etikxeber.az xəbər verir ki, tədbir qəhraman Şəhidlərimizin əziz xatirəsini yad etməklə və dövlət rəmzimiz olan Himnimizin səsləndirilməsi ilə açıq elan edilib.

Tədbirdə Salyan rayon İcra Hakimiyyətində Şəhid Ailələri, Müharibə Veteranları şöbəsinin müdiri Rəşad Kərimov, Əməkdar müəllim Allahverdi Piriyev, kitabxananın müdiri Səidə Əliyeva, tarixçi Sahib Həsənov, şair-jurnalist Əzizağa Məmmədi, Hacıoğlu restoranlar şəbəkəsinin müdiri Anar Cahangirov, Salyan rayon Heydər Əliyev Mərkəzinin müdiri Nübar Əliyeva, ziyalılar və məktəblilər iştirak ediblər.

İştirak edənlər qəhrəmanların həyat və döyüş yolundan ürək dolusu danışıblar, tədbirdə 30 illik həsrətini çəkdiyimiz gözəl Qarabağ diyarının ecazkar gözəlliyindən, ona qovuşduğumuz günün sevincindən qürurla çıxış ediblər.

Tədbirin sonunda Raziyə Kamilqızı Salyan Rayon İcra Hakimiyyətinin başçısına bu şəraiti yartdığı üçün təşəkkürünü bildirib, kitablar müəllif tərəfindən gələn qonaqlara təqdim edilib.

***

FOTOLAR:

Etikxeber.az

Read Previous

3-cü dərəcəli “Rəşadət” ordenli İkinci Vətən Müharibəsi Şəhidi, tək övlad, anası tərəfindən təkbaşına böyüdülən-SAMİR ƏLİYEVİN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN ÜÇ İL KEÇDİ…

Read Next

“O vaxt demişdim ki, nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm. İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir…”-İLHAM ƏLİYEV XANKƏNDİ ŞƏHƏRİNDƏN DÜNYAYA SƏSLƏNDİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir