Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün İmişli rayonunda “Şəhidlə Şəhidəm” kitabının təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimi Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatının qərargahında baş tutub.
Qeyd edək ki, adıçəkilən kitab hər zaman Şəhid ailələrinin yanında olan şairə Raziyə Kamilqızı tərəfindən qələmə alınıb.
Etikxeber.az xəbər verir ki, təqdimat mərasimində müəllifin özü, YAP İmişli rayon təşkilatının rəhbərliyi və əməkdaşları, İmişli, Bakı, Kürdəmir və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, ziyalılar və başqa şəxslər iştirak ediblər.
Mərasimdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Sonra çıxışlar edilib.
Şəhid ailələrindən-Şəhid anaları Flora xanım, Elmira xanım, Akifə xanım, Şəhid atası Şəmsi Qurbanov, Şəhid bacısı Sevinc xanım və digərləri, YAP İmişli rayon təşkilatının sədr müavini Elnur Tağıyev, adıçəkilən kitabın müəllifi Raziyə Kamilqızı çıxış ediblər.
Çıxışlarda kitabın ərsəyə gətirilməsindən, Birinci və İkinci Qarabağ Savaşından, Şəhidlərimizin, Qazilərimizin İgidliyi və Qəhrəmanlığından, tarixi Qələbə və Zəfərimizdən danışılıb.
Eyni zamanda, müəllifə minnətdarlıq bildirilib, növbəti yaradıcılıq uğurları arzulanıb.
Tədbirin sonunda Şəhid ailələrinə kitablar təqdim olunub, xatirə fotoları çəkdirilib.
11:50
***
FOTOLAR:










12:30
***





Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





