“Şəhidlə Şəhidəm”in növbəti ünvanı-XIZI OLDU – FOTOLAR

24 avqust 2023-cü il tarixində Yeni Azərbaycan Partiyasının (YAP) Xızı rayon təşkilatında Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Raziyə Kamilqızının qələmə aldığı “Şəhidlə Şəhidəm” kitabının təqdimat mərasimi oldu.

Etikxeber.az xəbər verir ki, tədbiri açıq elan edən YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev ilk öncə qonaqları salamladı.

Sonra mərhum Heydər Əliyev və torpaqlarımızın ərazi bütövlüyü uğrundan canlarını fəda edən Şəhidlərin xatirəsi ehtiramla yad olundu, Dövlət Himni səsləndirildi.

Tədbirdə Xızı rayon şəhid ailələri, ictimaiyyət nümayəndələri, media mənsubları iştirak etdilər.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda edən igid oğulların qəhramanlıqlarından bəhs edən kitabın müəllifi Raziyə Kamilqızı çıxış edərək gələn qonaqların hər birinə təsəkkürünü bildirdi və kitab haqqında geniş məlumat verdi.

Daha sonra Şəhid ailələri igid oğulların qəhramanlıqlarından danışdılar.

Eyni zamanda, Meliorasiya və Su Təsərrüfatı ASC-nin Xızı rayon üzrə rəisi Fərrux Haqverdiyev, Sumqayıt Regional Mədəniyyət İdarəsi Xızı rayon üzrə nümayəndəliyinin baş məsləhətçisi Mönsüm Bağırov, Xızı rayon Statiska idarəsinin rəisi Rövsən Quliyev, Zəfər Tv-vn kanalının mətbuat katibi Ruslan Kamalov çıxışlarında Şəhidləri ehtiramla yad etdilər və müəllifə yaradıcılıq uğurları arzuladılar.

Vətənpərvər məktəbli Etibarcan şerlər söylədi.

Zəfərtv.az saytı adından müəllif fəxri diplomla təltif olundu.

Tədbir sonunda xatirə şəkilləri çəkdirildi.

***

FOTOLAR:

Etikxeber.az

Read Previous

“Kimsə mənimlə maraqlanmayıb…”-İki dəfə ağır kəllə-beyin travması alan, səhhətində müharibənin fəsadları özünü göstərən-BİLƏSUVARLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISI, ÜÇ MEDALLI, EVİN TƏK OĞLU İLDIRIM SİRAC OĞLU QƏHRƏMANOV – FOTOLAR

Read Next

“Mobil telefon, yaxud qulaqcıqdan istifadə etməkdən çəkinməyi, nizamlama vasitələrinin tələblərinə qeyri-şərtsiz əməl etməyi, dayanacaqda gözləyərkən, ictimai nəqliyyata minib-düşərkən, eləcə də qəflətən avtomobil yoluna çıxmamağı xahiş edirik”-DYP-DƏN MÜRACİƏT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir