Şəhidlər Anası…Qəhrəman Ana…60 yaşı tamam olan-NƏHAYƏT ANA, NƏHAYƏT HƏSƏNOVA…HAQQINDA YAZMAQ HƏM ÇƏTİNDİR, HƏM DƏ ASAN… – KAMİL HƏMZƏOĞLU YAZDI

Vallah…heç bilmirəm nədən, necə başlayım, necə yazım…

Sözləri, kəlmələri, cümlələri necə ard-arda düzüm…

Çox çətindir, həddindən artıq çətindir…

Çünki Yaralı, Dərdli, Acılı, hər iki övladını, hər iki oğlunu Şəhid vermiş Ana haqqında yazıram…

Əslən Goranboylu olan, özü isə Mingəçevir şəhərində yaşayan Nəhayət Ana, Musa və Tural Həsənovların, Şəhid qardaşların Anası, Məğrur, Dik duruşlu, Qəhrəman, Analar anası, Əsalətli Ana haqqında…

Həm də asandır yazmaq mənim üçün…

Çünki bu Ananı-bu Qəhrəman Ananı, eyni zamanda, yerlim, kəndlim olan Ananı 3 ilə yaxındır yaxından tanıyıram…

Dəfələrlə evində, Şəhidlərimizin ocağında olmuşam…Sayını-hesabını itirmişəm…

Dəfələrlə evində, Şəhidlərimizin ocağında qalmışam, gecələmişəm öz evim, öz ocağım kimi…

Həm yaxından tanıyıram Nəhayət ananı, həm də Onu özümə bir bacı, bir dost, bir mənəvi Ana bilirəm…

Hərçənd ki, kimsə övladlarının yerini verə bilməz…

Kimsə Musasını, Turalını əvəzləyə bilməz!

***

Bu gün, 1 aprel tarixində bu Ananın-Nəhayət ananın doğum günüdür…

Yaşının üstünə bir yaş da gəlir, əlavə olunur…

Bu gün özü də bu Ananın yubiley doğum günüdür, 60 yaşı tamam olur…

Kimsə də məni qınamasın…

Kimsə də deməsin ki, Şəhid anası hara, doğum günü hara…

Sən nə hayda, O, nə hayda…

Amma razılaşmıram, qəbul etmirəm, kökündən və bəribaşdan yanlış hesab edirəm bu yanaşmanı…

Çünki məhz onların, Şəhid analarının Haqqıdır ilk növbədə ad günü, yubiley doğum günü qeyd etmək, təbrik almaq…

Daha çox, hər kəsdən və hər birimizdən daha çox onlar-Şəhid ailələri, Şəhid anaları Haqq edirlər doğum gününü qeyd etmək, ad günü təbriklərini almaq…

Bu, Onların-Qəhrəman Ana, Şəhidlər anası Nəhayət Ananın Haqqıdır!

Odur ki, Nəhayət xanımı, Nəhayət Həsənovanı, Nəhayət Ananı, Nəhayət bacımı ad günü-60 illik yubiley doğum günü münasibəti ilə ürəkdən, ailəm adından təbrik edir, ona uzun ömür, can sağlığı arzulayıram…

Arzu edirəm ki, bundan sonra ən azı 30-40 il ömür yaşasın…

Yaşasın, həm də balalarının ruhunu, xatirəsini yaşatsın!

Bütün Azərbaycan Sizi təbrik edir və qarşınızda baş əyir!

Doğum gününüz, 60 yaşınız bir daha mübarək olsun-Nəhayət Ana!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Nə üçün İran Xarici İşlər Nazirliyi normadan və mühakimələrdə rasionallıqdan sistematik yayınma modelinə sadiq qalır?”-XİN SÖZÇÜSÜ

Read Next

Daha 75 yeni yoluxma-DAHA 2 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir