“Şəhidlər” bulaq kompleksinin tikintisi üçün nəzərdə tutulan ərazidən qaz xətti keçir ki…”-JALƏ ƏLİYEVA – DEPUTAT RUSLAN ƏLİYEVƏ NİYƏ MÜRACİƏT ETDİ? – FOTOLAR

Ucar rayonunun deputatı olduğum Bərgüşad kəndində “Şəhidlər” bulaq kompleksinin tikintisi üçün nəzərdə tutulan ərazidən qaz xətti keçir. Kənd sakinləri və şəhid ailələri həmin ərazidən keçən qaz xəttinin yerləşdiyi yerin dəyişdirilməsinə köməklik göstərməyimi dünən kənddə keçirdiyim görüş əsnasında məndən xahiş etdilər.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Jalə Əliyeva deyib.

“Şəhid ailələrinin və kənd sakinlərinin bu xahişi ilə əlaqədar olaraq kənd icra nümayəndəsi Məcid Hümmətov və Hacı Səmədlə birlikdə həmin əraziyə getdik, ərazinin şəklini çəkib elə yerindəcə telefon vasitəsi Azəriqaz İB rəhbərliyinə – hörmətli qardaşımız Ruslan Əliyevə göndərdim və bu məsələdə bizə yardımçı olmasını xahiş erdim”-deyən millət vəkilinin sözlərinə görə, cavab çox yubanmayıb, kəndi tərk etmədən Azəriqazdan müsbət cavab gəlib.

“Hörmətli Ruslan Əliyev məsələnin həlli üçün artıq müvafiq göstəriş verdiyini bildirdi. Hörmətli Ruslan müəllimə müraciətimizə həssaslıqla, böyük diqqətlə yanaşdığına görə seçicilərim adından və şəxsən öz adımdan minnətdarlığımızı bildirir, fəaliyyətində daim uğurlar diləyirəm”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator-PARLAMENTDƏ HESABAT VERƏCƏK – YENİLƏNİB

Read Next

“Öncə Vətəndir” layihəsi-HƏYATA KEÇİRİLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir