Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov və YAP Yevlax rayon təşkilati Gənclər Birliyinin fəal gəncləri Yevlax rayonunun Qaramanlı və Qoyunbinəsi kəndində yaşayan Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib.
Etikxeber.az-ın xəbərinə görə, ilk olaraq rayonun Qaramanlı kəndində yaşayan Vətən müharibəsi şəhidi Fəhmin Quliyevin və Uğur İsmayılzadənin ailələri ilə görüşən İlham Məmmədov onlara ölkə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə diqqət və qayğısından, eyni zamanda onlar üçün dövlət tərəfindən yardılmış şəraitdən danışıb.
Daha sonra rayonun Qoyunbinəsi kəndində yaşayan Vətən müharibəsi şəhidi Fərid Abışovun ailəsini ziyarət edən İlham Məmmədov şəhidlərin adlarının dövlətimiz tərəfindən daim uca tutulduğunu və onların əziz xatirəsinin əbədiləşdirildiyini bildirib.
Şəhid ailələri dövlətimizin Vətən müharibəsində əldə edilmiş uğurlarına görə dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Onlar bütün bu uğurların Ölkə Prezidentinin müasir,güclü ordu quruculuğu, qətiyyətli və siyasi iradəsi nəticəsində əldə edildiyini qeyd ediblər.
İlham Məmmədov da öz növbəsində hər zaman şəhid ailələrini və qaziləri diqqətdə saxlaycağını, onların qayğılarını öz qayğıları kimi qəbul edəcəyini bildirib, müraciət və təkliflərini dinləyib.
Görüşdə səsləndirlən təklif və müraciətlərlə bağlı qeydlər götürülümüş,həlli ilə bağlı aidiyyatı qurumlara müraciət ediləcəyi bildirilib.







Etikxeber.az





