Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Millət vəkili, BDU-nun kafedra müdiri Kamilə Əliyeva Zaqatala və Balakən rayonlarında İkinci Vətən Müharibəsində şəhid olmuş hərbiçilərimizin ailə üzvlərinı ziyarət edib.
Etikxeber.az xəbər verir ki, Şəhid ailələrinin qayğılarını dinləyən deputat bildirib ki, Vətən, torpaq uğrunda şəhidlərimizlə yanaşı onların valideynləri də hər birimiz üçün əzizdirlər.
Qeyd edib ki, bu qəhrəman oğulların vətənpərvər ruhda tərbiyə olunmasında onların valideynlərinin rolu çox böyük olub.
Azərbaycan Ordusunun zəfərindən və bütün dünyanı heyrətləndirən Azərbaycan əsgərlərinin qəhrəmanlıqlarından danışan millət vəkili “Şəhidlərimiz və onların valideynlərinin qarşısında baş əyirik” deyib:
“Şəhidlərimiz bizim baş tacımız, müqəddəs and yerimizdir. Şəhidlərimizin ruhları və onları böyüdən, qəhrəman, mərd oğlullar kimi, yetişdirən valideynlərinin qarşısında baş əyirik. Şəhidlərimiz hər zaman mənən, ruhən bizimlədir və müstəqil Azərbaycanımız yaşadıqca, var olduqca, onlar da yaşayacaq, var olacaqlar”.
Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin şəhid ailələrinə və qazilərimizə göstərdiyi diqqət və qayğısından danışan K. Əliyeva bildirib ki, bundan sonra da dövlətimiz şəhidlərin adını uca tutacaq və onların ailə üzvləri hər zaman dövlətimizin qayğısı ilə əhatə olunacaqlar.







Etikxeber.az




