Şəhidlik Haqqı hələ də tanınmayan Qazi, evin-ailənin tək və subay oğlu-ELNUR QALİB OĞLU SƏMƏDOVUN ŞƏHİDLİYİNDƏN BİR İL KEÇİR…ANIM GÜNÜNDƏ ŞƏHİDİN MƏZARI ZİYARƏT OLUNACAQ, ANIM MƏRASİMİ KEÇİRİLƏCƏK…

Bu gün Şəhidlik Haqqı hələ də tanınmayan Qazi Elnur Qalib oğlu Səmədovun Anım Günüdür.

Onun Şəhidliyindən bir il keçir.

Etikxeber.az xəbər verir ki, əslən Astaralı olan Elnur Səmədov 2002-ci ilin mart ayının 12-də Bakı şəhərində, Xətai rayonunda sadə bir ailədə dünyaya gəlib…

Evin-ailənin iki övladından biri, tək bacının tək qardaşı olub…

On aylığında olarkən anası ilə birlikdə “Bir anın həqiqəti” filmində epizodik rola çəkilib…

2008-2019-cu illərdə Bakı şəhərinin ən tanınmış məktəblərindən olan və Səbail rayonunda yerləşən 7 saylı tam orta məktəbdə təhsil alıb…

Ali təhsilə yiyələnmək istəsə də, cəmi 4-5 balı çatmadığı üçün bu arzusunu gerçəkləşdirə bilməyib, Qərbi Kaspi Universiteti nəzdindəki kollecə daxil olub…

2020-ci ilin mayında isə həqiqi hərbi xidmətə yollanıb…

Ağstafa istiqamətində yerləşən “N” saylı hərbi hissədə xidmət edib…

Əsgərliyinin 5 ayının tamamına yaxın isə İkinci Vətən Müharibəsinin başlaması ilə döyüşlərə atılıb, Daşkəsən-Kəlbəcər-Murovdağdan başlayaraq, Qubadlı-Laçınacan ağır və şərəfli döyüş yolu keçib, həmçinin, Füzuli və Cəbrayıl istiqamətlərində döyüşüb…

Müharibənin 29-cü günündə, oktyabrın 25-də isə Qubadlı-Laçın istiqamətində döyüşlər zamanı sağ ayağından yaralınıb və və onu dərhal Bakı şəhərində yerləşən Hərbi hospitala göndəriblər…

Bir neçə gün müalicə-müayinə aldıqdan sonra onu ev-məzuniyyətə buraxıblar…

Ev şəraitində müalicə-müayinəsini davam etdirib və sonra yenidən Hospitala təkrar müalicə-müayinəyə çağırılıb və yenidən evə-məzuniyyətə buraxılıb və təzədən ev şəraitində müalicə-müayinəsini davam etdirib…

Daha sonra onu hərbi hissədən çağırıblar, Elnur yaralı vəziyyətdə Ağstafaya aparılıv və vəziyyətini gördükdən sonra onu yenidən evə-məzuniyyətə göndəriblər…

Ordudan təxris edilməli olduğu halda, hər dəfə, sadəcə, “xidmətə müvəqqəti yararsızdır” yazıblar və demək olar ki, bir il, Əsgərliyini başa vurana kimi gah Ağstafada hərbi tibb məntəqəsində, gah da Bakıda Hərbi hospitalda yatıb, müalicə-müayənisini davam etdirməli olub, hətta iki dəfə reabilitasiyadan keçirilib…

Sadəcə, həqiqi hərbi xidmətdən təxris olunarkən “hərbi xidmətə yararsız” olduğu yazılıb…

Hərbi xidmətdən təxris olunsa da, yenidən müalicə-müayinəsini davam etdirib, bir müddət sonra isə mədəsində ciddi problemlər yaşanmağa başlayıb, yaralı ayağındakı infeksiya bədəninin digər orqanlarına təsir etməyə başlayıb…

Bundan sonra ailəsi, valideynləri onu yenidən həkimlərə göstərməyə başlayıblar, M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında, Milli Onkologiya Mərkəzində müayinələrdən keçirilib, MRT olunub və məsləhət görülüb ki, Elnurun səhhəti ilə bağlı Türkiyədəki həkimlərə müraciət etsinlər…

Ailəsi, valideynləri isə Türkiyəyə aparmaq imkanları olmadığı üçün Elnuru 2022-ci ilin fevralında Rusiyaya aparıblar, orada yenidən müayinələrdən keçirilib və ona leykoz diaqnozu qoyulub…

Orada bir neçə gün müalicə-müayinə aldıqdan sonra həkimlərin məsləhəti ilə yenidən Bakıya dönüblər, Milli Hematologiya və Transfuziologiya Mərkəzinə müraciət ediblər…

İlk əvvəllər əlillik dərəcəsi verilməsə də, 2022-ci ilin mayında Elnura birinci qrup (ömürlük) əlillik dərəcəsi verilib…

“YAŞAT” Fondu onun müalicə xərclərini üzərinə götürüb, 2022-ci ilin iyun ayının sonlarında Elnuru Şişlidə yerləşən “Memorial” Hospitalına müalicə-müayinəyə göndəriblər…

Orada da bir xeyli ağır müayinə-müalicə keçdikdən sonra müvəqqəti olaraq, Bakıya göndəriblər və bildiriblər ki, sentyabrın sonlarında yenidən dönsün, hətta ona ilik transplantasiyası üçün donor da tapılıb…

Bakıya döndükdən sonra aldığı müalicələr nəticəsində səhhətində nisbətən irəliləyiş hiss olunub, ancaq ötən ilin məlum qanlı 12-13 sentyabr hadisələrindən sonra Elnurun səhhəti yenidən pisləşib və yenidən Türkiyəyə göndərilib, Hava Limanında vəziyyəti daha da ağırlaşıb və 18-i günü dünyasını dəyişib, Şəhidlik məqamına ucalıb…

Və 19-u günü nəşi Bakıya gətirilib və Dədə Qorqud qəbiristanlığındakı Şəhidlər Xiyabanında Şəhid kimi Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən öncə Ali Baş Komandan tərəfindən “Kəlbəcərin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə, Şəhidliyindənm sonra Baş nazir tərəfindən “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub…

Onu da qeyd edək ki, Şəhid kimi rəsmi qaydada dəfn olunmasına baxmayaraq, ötən müddətdə Elnurun Şəhidilik Haqqı hələ də tanınmayıb…

Ailəsi, valideyinləri isə övladlarının Şəhidlik Haqqının tanınmasını istəyir və tələb edirlər…

Elnur həm də subay olub.

***

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin məzarı ziyarət olunacaq.

Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar oxunacaq, sonra Şəhidliyinin birinci ildönümü ilə bağlı Anım mərasimi keçiriləcək, adına ehsan veriləcək.

Məzarını ziyarətdə və Anım mərasimində Şəhidin ailə üzləri, yaxınları, Şəhid ailələri, din xadimləri və digər şəxslər iştirak edəcəklər.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ağdam istiqamətində qeyri-qanuni erməni silahlı dəstələrinin təxribatının qarşısı alınıb-MN

Read Next

Prezident Azərbaycan musiqi ictimaiyyətini-TIBRİK ETDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir