Bu gün Şəmkirli Şəhid Anar Kazımovun Anım Günüdür.
Anar Kazımovun Əbədiyyətə uğurlanmasından bir il keçir.
Bir il öncə-3 avqust 2022-ci il tarixində düşmənin növbəti təxribatı nəticəsində baş vermiş qanlı döyüşlər zamanı Laçın istiqamətində həqiqi hərbi xidmətdə olan Anar Kazımov qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Etikxeber.az-ın xəbərinə görə, Anar Rüstəm oğlu Kazımov 2004-cü ilin fevral ayının 16-da Qaracəmirlidə, sadə bir ailədə dünyaya gəlib.

Ailənin 3 övladından, iki qardaşdan biri olub.
Atasını illər öncə itirib.
Orta məktəbi bitrdikdən bir müddət sonra, 2022-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılıb və cəmi 4 ayın Əsgəri olub, 2022-ci ilin 3 avqustunda Laçın istiqamətində Şəhidlik məqamına yüksəlib.
Nəşi 4 avqust tarixində Qaracəmirli kənd qəbiristanlığında dəfn edilib.
Şəhidliyindən az sonra anası dünyasını dəyişib.
O, həm də subay olub.
Məkanı cənnətlik, məqamı Uca, ruhu şad, dərgahı mübarək olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az