Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Zaur Mübariz oğlu Ələsgərli…
Sumqayıtın və cəmi Azərbaycanın Qəhrəman, İgid övladlarından biri…
Vətən sevdalısı, Vətən fədaimiz…
İkinci Vətən Müharibəsində qanı, canı ilə Qəhrəmanlıq dastanı yazan İgidlərimizdən, Nur üzlü Şəhidlərimizdən biri…
Valideynləri Sumqayıtda yaşasa da, Zaur Ələsgərli 1995-ci ilin 5 mart tarixində Tovuz rayonunun Çeşməli kəndində-baba ocağında dünyaya gəlib…
Belə ki, atası Mübariz kişi Tovuzun Çeşməli kəndindən, anası Vəfa xanım isə Füzulinin Qoçəhmədli kəndindəndir…
Atası tərəfdən ilk nəvə, anası tərəfindən üçüncü nəvə idi Zaur…
O, həm də ata babasının ən sevimli nəvəsi olub, babası sanki onunla nəfəs alırmış…
Zaurdan iki il sonra isə tək qardaşı Kənan dünyaya gəlib…
Zaur uşaqlıqdan çox sakit, çox tərbiyəli, çox untancaq, həm də hər kəsin hörmətini qazanan bir övlad olub…
O, əvvəlcə Sumqayıt şəhərində yerləşən İsmət Qayıbov adına 1 saylı tam orta məktəin birinci sinfinə daxil olsa da, yol şəraitinə, gedişə-gəlişə görə bir həftə sonra başqa bir məktəbdə-13 nömrəli tam orta məktəbdə təhsilini davam etdirməli olub…
Sonra maddi imkansızlıq, dolanışığın cətinliyi ucbatından valideynləri Sumqayıt şəhərindəki evlərini satmaq məcburiyyətində qalıblar və Hacı Zeynalabdin Tağıyev (keçmiş “Nasosnı”) qəsəbəsinə, həyət evinə köçməli olublar…
Ona görə Zaur 2004-2012-ci illərdə təhsilini Hacı Zeynalabdin qəsəbəsində yerləşən 19 nömrəli tam orta məktəbdə davam etdirib…
Məktəbi “yaxşı” və “əla” qiymətlərlə başa vursa da, maddi imkansızlıq üzündən ali təhsil almaq istəyini, arzusunu reallaşdıra bilməyib…
Eyni zamanda, orta məktəb təhsilinin başa vurduqdan sonra bir müddət müxtəlif restoranlarda ofisiant kimi işləyib, ailəsinə kömək edib…
2013-cü ilin aprel ayında isə Əsgərliyə yollanıb…
2013-2014-cü illərdə həqiqi hərbi xidmətdə olub…
Həqiqi hərbi xidmət dövrünü başa vurduqdan sonra, 2016-2018-ci illərdə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin, 2018-ci ildən isə Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub…
Və Azərbaycan Ordusunun Su Altı Hücum (SAH) Xüsusi Təyinatlı Qüvvələrinin Giziri kimi İkinci Qarabağ Savaşına qatılıb, Vətəninin müdafiəsinə qalxıb…
Şərəfli döyüş yolu uzun olub və 34 gün çəkib…
Füzulidən, Cəbrayıldan Xocavənd və Qubadlıyacan döyüş yolu keçən Şəhidimiz oktyabr ayının 31-də Xocavənd, Qırmızı Bazar istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Axırıncı dəfə Şəhidliyindən bir gün öncə ailəsi-həyat yoldaşı ilə əlaqə saxlayıb…
Həyat yoldaşına “uşaqlardan da, özündən də muğayət ol”-deyib…
Anası Vəfa xanımla isə axırıncı dəfə oktyabrın 24-də danışıb…
Nəşi bir gün sonra, noyabrın 1-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra İgidliyinə, Qəhrəmanlığına görə Ali Baş Komandan tərəfindən 6 medalla-“Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və “Qarabağ” ordeni ilə təltif olunub…
Şəhidliyindən öncə isə “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi” yubiley medalına layiq görülüb…
Zaur həm də ailəli olub…
Şəhidliyindən 3 il öncə, 2017-ci ilin mart ayının 5-də, 22 yaşının tamamında Cəlilabad rayonundan olan və uzun illər istədiyi Vəfa adlı xanımla nişanlanıb…
2017-ci ilin avqust ayının 20-də isə toyu olub…
İki övladı dünyaya gəlib, iki oğlu Vətənə əmanət qalıb…
2018-ci ilin avqust ayının 26-da Ayxanı, Şəhidliyindən iki ay 25 gün sonra, 2021-ci ilin yanvar ayının 25-də Ayazı dünyaya gəlib…
Ruhu köməkləri olsun, torpağı sanı yaşasınlar!
***

Dünən, 13 aprel tarixində Bakı şəhərində təşkil edilən iftar mərasimlərindən birində Şəhidimizin anası Vəfa xanımla bir araya gədim…
Qeyd edim ki, ilk dəfə onunla aylar öncə, 2022-ci ilin yayında Sumqayıt şəhərində Şəhidimiz Orxan Rəhimlinin Cənnətdəki ilk doğum günü mərasimində tanış olmuşdum…
Şəhidimizin anasına bir daha Allahdan səbr və dözüm arzuladım…
Bir daha “Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedim…
Bir daha Şəhidimizin ruhu qarşısında baş əydiyimi bildirdim…
Onunla söhbətləşdim, dərdləşdim…
Və söz verdim ki, bir gün onları evlərində, Şəhidimizin ocağında ziyarət edəcəyəm…
Çünki bir insan, bir Vətən övladı, bir qələm əhli kimi borcumdur…
Çünki Şəhidlərimizə, onları yetişdirən Qəhrəman ailələrə borcum, borcumuz heç zaman bitməyəcək, tükənməyəəcək…
Şəhidimizin anası Vəfa xanımın dediklərindən:
“Mən Zaura övlad kimi yox, böyük bir insan kimi baxırdım…Ona böyüyüm, böyük qardaşım, atam kimi yanaşardım…Onu özümə arxa-dayağım bilirdim (Səsi titrəyir)…Hər bir evin, hər bir ailənin yazılmayan qanunları olur…Bizim ailənin də yazılmayan qanunları var idi…Zaur işi, xidməti ilə bağlı cəmi 3 gün evdə olurdu…O da səhər tezdən işə gedir, axşamlar gəlirdi, yəni, cəmi 3 gecə evdə olurdu, sonra aylarla evə gəlmirdi, təlimlərdə olurdu…Deyirdi ki, hətta kiməsə nəsə olsa, mənə zəng etməyin, mən özüm zəng edəcəyəm…Biz də onun dediklərinə əməl edirdik, zəng vurmurduq, onu narahat etmirdik…Özü də həmişə səhər saatlarında deyil, gecə saatlarında zəng vururdu…Hərdən deyirdim ki, ay ata, niyə gecələr zəng edirsən, cavab verirdi ki, istəyirəm hər kəs, atam da evdə olsun ki, hamınızın səsinizi eşidim…”
Zaur eyni zamanda, anası Vəfa xanıma “həyatım”-deyə müraciət edirmiş…
“Zaur mənə “həyatım” deyirdi…Ailə həyatı qurduqdan sonra “həyatım”-deyə çağırdıqda mən də, yoldaşı da ona baxırdıq, onun yanına gəlirdik…Bir gün dedi ki, siz mənim vəfalarımsınız (Gülür)…Çünki mənim də, gəlinimin də adı Vəfadır…Sonra dedi ki, ana, sən mənim həyatımsan, yoldaşına baxıb dedi ki, sən də mənim ürəyimsən…Zarafatla onu da dedi ki, indi özünüz müəyyənləşdirin-hansınız “həyatım”, hansınız “ürəyim” olmaq istəyirsiniz…Dedim ki, atam, mən sənin həyatınam…Ona görə “həyatım” deyəndə mən onun yanına gəlirdim, “ürəyim” deyəndə isə isə gəlinim, yoldaşı…”-deyə, Şəhid anası sözlərinə əlavə edir…
Şəhidimizin anasını dinlədikcə həyəcanlanmamaq, təsirlənməmək mümkün deyildi…
Həm də təbii ki, Şəhidimizlə Qürur duymamaq, Fəxr etməmək mümkün deyildi…
Əsl Qəhrəman, əsl İgid, əsl Vətən sevdalısı ömrü, ömür yoludur Şəhidimizin qısa, lakin şərəfli ömür, həyat, hərb yolu…
Şəhidimizin məqamı Ucalardan Uca, dərgahı mübarək olsun!
Nur içində uyusun!



















Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





