Səhiyyə komitəsi də ilk iclasına başladı… – XEYLİ MƏSƏLƏLƏR VAR – YENİLƏNİB

Milli Məclisin (MM) 2019-cu il payız sessiyası ilə bağlı parlamentin Səhiyyə komitəsinin ilk iclası öz işinə başlayıb.

Etikxeber.az-ın xəbərinə görə, iclasda öncə komitənin 2019-cu ilin yaz və növbədənkənar sessiyalarında gördüyü işlərin hesabatı, sonra komitənin payız sessiyası ilə bağlı qanunvericilik işləri planı müzakirə ediləcək və təsdiqlənəcək.

İclasında həmçinin, komitənin gündəmində olan və hazırlıqları davam etdirilən pasiyentlərin hüquqları, insan sağlamlığının qorunması, reproduktiv sağlamlıq, insan orqan və toxumalarının donorluğu, eləcə də, ailə həkimi ilə bağlı qanun layihələri ərafında müzakirələrin açılması gözlənilir.

Bununla yanaşı, iclasında “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanuna dəyişikliklə bağlı qanun layihəsinin müzakirəsi nəzərdə tutulur.

Belə ki, qanun layihəsinin 7-ci maddəsinin (Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin hüquqları) 7.0.4-cü bəndinə edilən dəyişikliklə, dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin “Psixoloji yardım haqqında” qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq hüququ olacaq.

Ahliman

musa-yeni

***

Komitənin iclasını açan adıçəkilən komitənin sədri, akademik Əhliman Əmiraslanov bildirib ki, hesabat dövründə 7 iclas keçirilib, 14 məsələ müzakirə olunub və onlardan 6-sı qanun layihəsi olub.

Həmçinin, komitəyə hesabat dövründə 260 ərizə, şikayət və müraciət daxil olub.

Eyni zamanda, komitə sədri tərəfindən 67 nəfər qəbul edilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Yaxşı düşünsünlər, zamanları getdikcə daralır…” – MİLLƏT VƏKİLİ

Read Next

Zərərli informasiyadan qorunma ilə bağlı qanunvericiliyin pozulmasına görə – CƏZALAR MÜƏYYƏNLƏŞDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir