Səhiyyə naziri Baş nazirin müavini, TƏBİB-in rəhbəri isə Səhiyyə naziri təyin edildi-TƏBİB HƏM DƏ SƏHİYYƏ NAZİRLİYİNİN TABELİYİNƏ VERİLDİ – YENİLƏNİB – (1)

Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilib.

Etikxeber.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Digər sərəncamla Teymur Musayev Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib.

***

Anar Məhərrəm oğlu Bayramov Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

***

Onu da qeyd edək ki, Prezident İlham Əliyev “Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb.

Fərmana əsasən, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilib.

Müəyyən edilib ki, publik hüquqi şəxsin hüquq və öhdəlikləri, habelə əmlakı Nazirliyin tabeliyində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsə keçir.

TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi Nazirlik tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr və onun 4 (dörd) müavinindən ibarət İdarə Heyəti həyata keçirəcək.

TƏBİB-in dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görülməlidir.

TƏBİB dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində publik hüquqi şəxsin əmlakının aidiyyəti üzrə TƏBİB-in balansına verilməsi üçün müvafiq tədbirlər görülməlidir.

Etikxeber.az

Read Previous

Sabah-19 oktyabrda Şəhadət və Anım günləri olan Bakılı İkinci Vətən Müharibəsi Şəhidləri-ATASININ QIRXININ SƏHƏRİ GÜNÜ ŞƏHADƏTƏ QOVUŞAN İSA MƏHƏRRƏMOV VƏ NƏŞİ 11 GÜNDƏN SONRA ƏBƏDİYYƏTƏ UĞURLANAN TƏK ÖVLAD ATASI ELŞƏN MÜSLÜMOV – FOTOLAR

Read Next

Bakılı, Yasamallı İkinci Vətən Müharibəsi Şəhidi İsa Məhərrəmovun Şəhadətindən 6 il ötür-ŞƏHADƏT GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏCLİSİ DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir