“Şəkərli içkilərdən çəkinin, siqaret çəkməyin…” – ÜST

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhan Qebreyesus koronavirusdan qorunmaq üçün insanları spirtli içkidən və siqaretdən imtina etməyə çağırıb.

Etikxeber.az xarici mediaya istinadən xəbər verir ki, ÜST rəhbəri daha çox idmanla məşğul olmağı məsləhət görüb.

“İmmunitet sisteminizin düzgün işləməsinə kömək edən sağlam və faydalı qidalar yeyin, alkoqol qəbulunu məhdudlaşdırın, şəkərli içkilərdən çəkinin. Siqaret çəkməyin. Siqaretə aludə olsanız, yoluxacağınız ciddi xəstəliyin inkişaf riskini artıra bilərsiniz”-deyə, bildirilib.

Etikxeber.az

Read Previous

“Azərbaycan dövləti, ölkə Prezidenti hər zaman söz verdiyi kimi, Azərbaycan xalqının, Azərbaycan insanının yanındadır” -KAMİLƏ ƏLİYEVA YAZDI

Read Next

Şah İsmayıl Səfəvinin damarlarında həm də fateh Çingiz xanın qanının axdığını bilirdinizmi?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir