Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Respublika Baş Prokurorluğunun və Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətləri Şəki Xan Sarayının qarşısında baş vermiş hadisə ilə bağlı birgə məlumat yayıb.
Etikxeber.az xəbər verir ki, məlumatda iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 santimetr diametrində olan budağının qəflətən qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşdüyü bildirilir.
Qeyd edilir ki, nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təcilli olaraq Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlara ilkin təcili-tibbi yardım göstərilib.
Dörd nəfərin səhhəti ağır olduğundan onlar reanimasiya şöbəsinə yerləşdirilib.
Bakı şəhərindən FHN-in helikopterləri vasitəsilə Səhiyyə Nazirliyinin təcrübəli reanimatoloq, neyrocərrah, travmatoloq və digər həkimləri Şəki rayonuna göndərilib. Eyni zamanda, baş vermiş hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət nazirliklərinin və Baş Prokurorluğun məsul şəxsləri Şəki şəhərinə ezam olunublar.
Hadisə ilə əlaqədar Baş Prokurorluğun 492 55 40 , FHN-in 112 və Səhiyyə Nazirliyinin 498 78 46 saylı qaynar xətt əlaqə mərkəzləri yaradılıb.
Baş vermiş hadisə və xəsarət alan şəxslərin müalicəsi dövlətimizin başçısının xüsusi nəzarətindədir.
Hadisənin başvermə səbəbləri ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
***
Hadisə zamanı xəsarət alanların siyahısı:
Soltanova Sevinc 1940 Rusiya
Soltanova Laçın 2004 Rusiya
Sara Hasan 1998 Suriya (sağ budun qapalı travması çanaqda)
Farik al Hasan 1952 Suriya
Mariya al Hasan 2003 Suriya
Samira al Hasan 1965 Suriya
Galia al Hasan 1988 Suriya
Rəsulova Səbinə 1983
Məmmədov Elxan 1993 (onurğanın qapalı travması)
Məmmədova Səkinə 1998
Teymurova Validə 1995
Ağayev Fərid 1996
Məmmədov İlkin 1995 (ağır dərəcəli Kəllə beyin travması sağ ayaqda sınıq)
Məmmədova Zemfira 1994
Naibə Hüseynova 1968
Cəfərova Məryəm1961
Niftəliyeva Könül 1979
Xasiyeva Yasəmən 1970
Ağamalıyeva Xatirə 1987 sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok
Etikxeber.az